Mobil versiya
Səhiyyə Nazirliyindən yeni qərar: 3 dərman siyahıya salındı
Tarix: 02-09-2026 | Saat: 10:30
Bölmə:Ölkə | çapa göndər

Səhiyyə Nazirliyindən yeni qərar:

Nadir və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsində istifadə olunan dərman vasitələrinin siyahısı genişləndirilib.

aia.az xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev müvafiq qərar imzalayıb.

Qərara əsasən, siyahıya daha üç dərman vasitəsi daxil edilib:

Kuvan (Kuvan) - beynəlxalq patentləşdirilmiş adı: Sapropterin, marketinq və dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi: Biomarin;

Diterin (Sapropterin Difarma) - beynəlxalq patentləşdirilmiş adı: Sapropterin, vəsiqənin sahibi: Dipharma;

Steksli (Ctexli) - beynəlxalq patentləşdirilmiş adı: Chenodiol (chenodeoxycholic acid), vəsiqənin sahibi: Mirum Pharmaceuticals.

Beləliklə, nadir xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısına yeni preparatlar əlavə olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-09-2026