Mobil versiya
Ərdoğan Qırğızıstana yollanacaq
Tarix: 30-08-2026 | Saat: 20:34
Bölmə:Şou-biznes | çapa göndər

Ərdoğan Qırğızıstana yollanacaq


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısında iştirak etmək üçün Qırğızıstana səfər edəcək.

“aia.az” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr rəhbəri Burhanettin Duran sosial şəbəkə hesabında məlumat paylaşıb.

Məlumata görə, Ərdoğan Qırğızıstan Prezidenti Sadır Japarovun dəvəti ilə 31 avqust – 1 sentyabr tarixlərində Bişkekdə olacaq.

Səfər çərçivəsində Türkiyə dövlət başçısının sentyabrın 1-də keçiriləcək genişləndirilmiş tərkibdəki Zirvə iclasında çıxış etməsi və sammitə qatılan digər ölkə liderləri ilə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-08-2026