“Kişi 4 dəfə evlənə bilər, bu, xəyanət sayılmır... 100 toyuğa bir xoruz düşür” – Polad Bülbüloğlunu müdafiə etdi
Tarix: 30-08-2026 | Saat: 16:33
Bölmə:Manşet / Ölkə | çapa göndər

Azərbaycanın Xalq artisti, tanınmış bəstəkar və müğənni, deputat Polad Bülbüloğlunun növbəti dəfə evlənməsi ilə bağlı xəbərlər bir neçə gündür ki, ölkə gündəmini zəbt edib. Bildirilir ki, 81 yaşlı sənətçi və diplomat üçüncü dəfə ailə həyatı qurub. Məlumata görə, Polad Bülbüloğlunun yeni həyat yoldaşı Azərbaycanın Əməkdar artisti, tanınmış rəqqasə və pedaqoq Eteri Cəfərovadır. Xalq artistinin ikinci həyat yoldaşı Gülnarə Şıxəliyeva isə açıqlamasında bu məlumatı nə təkzib, nə də təsdiq edib.
Yaranmış müzakirələr fonunda məhəbbət şairi, Əməkdar incəsənət xadimi Baba Vəziroğlunun mövqeyini öyrəndik.
Məhəbbət yaşa-başa baxırmı? Sevginin təqvimi varmı?
Baba Vəziroğlu Musavat.com-a açıqlamasında mövzu ilə bağlı diqqətçəkən, fəlsəfi və səmimi fikirlərini bölüşüb.
“Üzeyir bəy də 50 yaşında evlənməyə “əcaib şey” deyirdi, sonra peşman oldu...”
Şair nitqinə böyük bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” əsərini xatırlatmaqla başlayıb:
“O vaxtlar belə məsələlərə pis baxırdılar. Hətta Üzeyir Hacıbəyli illər keçəndən sonra etiraf etmişdi ki, cavanlıqda necə “avam” olub. 50 yaşlı kişinin evlənməyini əcaib bir şey sayırmış. Amma sonra etiraf etdi ki, tamam yanlış yolda olub, əsl sevgini yaşayandan sonra həqiqəti anlayıb. İndi böyük Üzeyir bəydən sonra mən nə deyim?
Sevgi təbii fəlakət kimi bir şeydir. Sevgi gələndə xəbərdarlıq etmir. Bir də görürsən gəldi, dağıtdı, uçurdu, apardı... Təbii fəlakətdir! Dağda min ilin çinarını bir saniyənin içində ildırım vurub kül edir. Çinara xəbər vermir ki, “gəlirəm, özünü gözlə”. Sevgi də elədir. Zəlzələ kimidir - min ildir elm hələ zəlzələnin dəqiq vaxtını deyə bilmir. Sevgi də mənəviyyatın təbii fəlakətidir, zəlzələsidir, ildırımıdır. Kimi haçan, harada tutdu - o, başqa söhbətin mövzusudur. İstəyir 20 yaşında tutsun, istəyir 50, istəyir 91 yaşında”.
Məhəbbət mövzusuna toxunan şair özünün ilk sevgi xatirəsindən də söhbət açıb:
“Bizdə “ilk sevgi” deyəndə çoxunun gözünün qabağına məktəb, bülbül, gül-çiçək gəlir. Mən isə “ilk sevgi” deyəndə gözümün qabağına uçuq-sökük kənddə, ayazdan, şaxtadan çatlamış, qıpqırmızı olmuş balaca qız barmaqları gəlir. Qızın heç üzünü də xatırlamıram. Onun mənə yazdığı ilk sevgi məktubu ana dili kitabımın arasında qalmışdı. Orada heç sevgidən söz də getmirdi. Yazırdı ki, “dünən qoyunlarınız itmişdi, tapıldı? Siz xəstələnmişdiniz, sağaldınız?” Məhəbbətdən əsər-əlamət yox idi, amma ilk sevgi məktubu idi.
Ümumiyyətlə, sevgi xəyaldır, gözəl bir yuxudur. Gəlir, keçir gedir. Çox vaxt biz o yuxunu xatırlamırıq, sadəcə uzaq bir nəfəsini hiss edirik”.
“Polad Bülbüloğlu böyük sənətkardır, heç kim onun şəxsi işinə qarışa bilməz”
Polad Bülbüloğlunun şəxsi həyatının müzakirə olunmasına qarşı çıxan Baba Vəziroğlu dostunun sənət dünyasındakı əvəzolunmaz yerini vurğulayıb:
“Polad müəllim mənim dostumdur, böyük sənətkardır, ictimai xadimdir. Musiqi tariximizdə, mədəniyyətimizdə adı əbədi yazılan bir şəxsiyyətdir. Onun təkcə “Uşaqlığın son gecəsi” filminə yazdığı musiqini götürək. Dünya dağılar, amma o musiqi dağılmaz! Bu gün də sosial şəbəkələrdə kim gözəl bir şey paylaşırsa, o musiqinin sədaları altında təqdim edir. Bizi xatirələrimizə, ilk sevgimizə aparır.
İnsanın şəxsi həyatı öz işidir. Biz kimik ki, kiminsə şəxsi işinə qarışaq? Heç kimdən hesabat tələb oluna bilməz ki, sən niyə boşandın, niyə evləndin. Polad bəy xarizmatik insandır, statusu var, həmişə qadınların diqqət mərkəzində olub, sevilən şəxsiyyətdir. Şöhrətli insanlar həmişə diqqətdə olur, bu, normaldır. Onun Azərbaycan mədəniyyəti, xalqı üçün göstərdiyi xidmətlər saya-hesaba gəlməz. Belə böyük xidmətləri olan insanı kiçik məişət məsələlərinə görə ittiham və qınaq hədəfi etmək düzgün deyil”.
“Dinimizdə də, həyatda da kişinin atdığı addımlara xəyanət kimi baxılmır”
Cəmiyyətdəki qınaq prinsiplərinə də toxunan şair bunların sovet dövründən qalma stereotiplər olduğunu bildirib:
“Biz İslam dininə inanan insanlarıq. Dinimizdə imkanı olan kişiyə müəyyən qaydalar çərçivəsində şərait yaradılıb. Biz darlıq düşəndə tam müsəlman olub Yasin oxutdururuq, amma belə məsələlərə gələndə özümüzü Avropa cəmiyyəti kimi aparırıq. Biz şərqliyik. Bəzi qınaq prinsipləri var ki, onlar sovetdən qalmadır. Sovet vaxtı kommunist evləndi, gərək ölənə kimi ayrılmayaydı. Amma biz demokratik cəmiyyətdə yaşayırıq. Demokratiya odur ki, hər kəs öz azadlığı çərçivəsində yaşasın.
Təbiətin də, dinin də öz qanunları var. Kişinin ailə münasibətlərindəki müəyyən addımları xəyanət sayılmır. Qadın əməli xəyanət sayıla bilər, amma kişinin yox. Təbiətdə də belədir: kənddə 100 toyuğa bir xoruz düşür. İndi biz o xoruza xəyanətkar deyəcəyik? Tanrı bu funksiyanı kişiyə verib. Qədimdə kişilər müharibədə ölürdü, qadınlar qalırdı, din də buna görə müəyyən qaydalar qoyub. Mənim çevrəmdə də kişilərin böyük əksəriyyəti bu cür məsələlərə daha sərbəst yanaşır. Kişilər bu məsələdə azaddır. Dinimiz də buyurub ki, kişi 4 dəfə evlənə bilər, bu, xəyanət sayılmır. Qadının yolunu azması isə əsl xəyanətdir”.
Sonda öz yaradıcılığından və yazdığı sevgi şeirlərinin ünvanından söz açan Baba Vəziroğlu hər bir insanın təkrarsız olduğunu vurğulayıb:
“Mənim yazdığım sevgi şeirlərinin ünvanı bu günahkar torpaqda deyil, göylərdədir. Onlar mələklərdir. O, qəhrəman ana da ola bilər, bacı da, sevgili də... Amma konkret bir insanı təsvir etmək jurnalistikanın, xronikanın işidir. Şairin yaratdığı obraz xəyalın, fantaziyanın məhsuludur.
Yazmışam ki, “Məndən bir də olmayacaq”. Bu, tək mənə aid deyil, hər bir insana aiddir. Yer üzündə milyardlarla insan var və Allah heç kimin barmaq izini belə bir-birinə bənzətməyib. Hər bir insan əvəzolunmazdır. Bu, bir çağırışdır ki, ay insanlar, bir-birinizin vaxtında qədrini bilin! Sonra peşman olub qəbir üstünə mərmərdən heykəl qoymağın, “gecdir daha” oxumağın heç bir mənası və faydası yoxdur. İnsanların sağlığında qədrini bilmək lazımdır”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-08-2026