Mobil versiya
“Xəzərdə Özbəkistan-Azərbaycan dəhlizinin yaradılmasında maraqlıyıq”
Tarix: 23-08-2026 | Saat: 17:11
Bölmə:Siyasət / Gündəm | çapa göndər

“Xəzərdə Özbəkistan-Azərbaycan dəhlizinin yaradılmasında maraqlıyıq”


“Xəzərdə vahid operatora malik ayrıca Özbəkistan-Azərbaycan dəhlizinin yaradılmasında maraqlıyıq”.

“aia.az” APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın üçüncü iclasında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirib.

“Bugünkü iclasda hökumətlərarası komissiyanın həmsədrlərinin ticarətin artırılması və əməkdaşlığın dərinləşdirilməsi üzrə ətraflı planlarını dinləyəcəyik. Nəqliyyat nazirlərimizin qarşısında ciddi vəzifələr dayanır. Orta dəhlizin inkişafı çərçivəsində Xəzərdə birgə donanmanın fəaliyyətə başlamasını sürətləndirmək lazımdır.

Biz bunu İlham Əliyevlə dar tərkibdə də müzakirə etdik və bu prosesi sürətləndirməliyik. Biz həmçinin Xəzərdə vahid operatora malik ayrıca Özbəkistan-Azərbaycan dəhlizinin yaradılmasında maraqlıyıq”, - deyə Şavkat Mirziyoyev qeyd edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-08-2026