Qəbələ rayonunun Savalan kəndi ərazisindən qanunsuz olaraq qum-çınqıl çıxarılır, çayın məcrası dəyişdirilir – NƏZARƏTSİZLİK - VİDEO
Tarix: 15-08-2026 | Saat: 17:00
Bölmə:Ölkə / Aia TV | çapa göndər

Qəbələ rayonunda çay məcralarından qanunsuz qum-çınqıl çıxarılması halları ətraf mühitə, xüsusən də yerli ekosistemə və su ehtiyatlarına ciddi ziyan vurur. Nəzarətsiz və qanunsuz hasilat çay məcralarının həddindən artıq dərinləşməsinə, sahil eroziyasına və yeraltı su səviyyəsinin aşağı düşməsinə səbəb olur.
Çay yataqlarının dərinləşməsi suyun təbii axın sürətini və istiqamətini pozur. Su canlılarının yaşayış mühiti məhv olur, sahil boyu yaşıllıqlar və ağaclar zərər görür. Körpülərin, su xətlərinin və sahilbərkitmə qurğularının dayanıqlığı zəifləyir.
Qəbələ rayonunun Savalan kəndi ərazisindən qanunsuz olaraq qum-çınqıl çıxarılır, çayın məcrası dəyişdirilir. Faktla əlaqədar İsmayıllı rayon Ekologiya İdarəsinin Nəriman adlı inspektorla əlaqə saxladıq. Vəzifəli şəxs çay məcrasında istismar işlərinin qanunsuz həyata keçirildiyini təsdiqlədi. Özbaşınalığın qarşısının alınması üçün tədbir görüləcəyini və nəticə barədə redaksiyaya məlumat veriləcəyini vəd etdi. Lakin sonrakı günlərdə telefona cavab vermədi.
Xatırladaq ki, bir ay bundan əvvəl 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı cinayət işi İsmayıllı və Qəbələ icra Hakimiyyətlərinin şikayəti əsasında Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi açılıb. Hər iki rayondan ümumi şikayətlərin sayı kifayət qədər çox olduğuna görə idarə rəisi Xəzər Vəliyev tutduğu vəzifəsindən kənarlaşdırılıb. Görünən odur ki, idarənin vəzifəli şəxsləri Vəliyevin aqibətindən nəticə çıxarmayıblar.
Haqqında söz açdığımız fakt üzrə Cinayət Məcəlləsinin 188.1 (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1 (Yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə cinayət işi açılmalıdır.
Mövzuya qayıdacağıq.Nyus.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-08-2026