Mobil versiya
Ermənistan Zəngəzura qoşun yeritdi – Artaşatdakı hərbçilər niyə Sünikə köçürüldü?
Tarix: 12-08-2026 | Saat: 12:44
Bölmə:Qərbi Azərbaycan / Dünya | çapa göndər

Ermənistan Zəngəzura qoşun yeritdi – Artaşatdakı hərbçilər niyə Sünikə köçürüldü?


Ermənistan ordusunda baş verən son yerdəyişmə ölkənin cənubunda yerləşən Sünik vilayətinə (Zəngəzur) diqqəti yenidən artırıb.

aia.az “hrparak.am-a” istinadən xəbər verir ki, Artaşat şəhərində yerləşən hərbi hissələrdən birinin bölməsi Müdafiə Nazirliyinin qərarı ilə Sünikə köçürülüb.

Həmin bölmənin hərbi qulluqçuları da Artaşatdan çıxarılaraq yeni xidmət yerinə aparılıb.Məlumata görə, köçürülən şəxsi heyətin arasında yaxın vaxtlarda hərbi xidmətə çağırılmış əsgərlər də var. Onlardan birinin valideyni bildirib ki, oğlu püşkatma nəticəsində Artaşatdakı hərbi hissəyə göndərilib. Lakin xidmətə başladıqdan qısa müddət sonra heç bir izahat verilmədən Sünik vilayətinə köçürülüb. Valideynin sözlərinə görə, bu, yalnız onun oğluna aid hadisə deyil. Bölmənin bütün şəxsi heyətinin Artaşatdan Sünikə aparıldığı bildirilir. Ailənin istəyinə uyğun olaraq valideynin adı açıqlanmır. O, orduda mövcud olduğunu iddia etdiyi qeyri-rəsmi münasibətlərə görə oğlunun kimliyinin açıqlanmasının onun üçün problem yarada biləcəyindən ehtiyat edir.

Ermənistan Müdafiə Nazirliyi bölmənin Artaşatdan başqa əraziyə köçürüldüyünü təsdiqləyib. Lakin nazirliyin mətbuat katibi bölmənin konkret olaraq hara yerləşdirildiyini açıqlamayıb.Məlumata görə, bölmə yeni tikilmiş və Avropa standartlarına uyğun hərbi hissəyə köçürülüb.

Bu açıqlama bir sıra suallar yaradır. Əgər söhbət yalnız ordunun infrastrukturu yeniləməsindən gedirsə, nə üçün konkret dislokasiya yeri açıqlanmır? Və daha vacibi, niyə
Sünik Ermənistanın cənubunda yerləşən və Azərbaycanla sərhədə çıxışı olan strateji bölgədir. Bu ərazi son illərdə regionun ən həssas geosiyasi nöqtələrindən birinə çevrilib. Sünikin əhəmiyyəti yalnız Ermənistan-Azərbaycan sərhədi ilə məhdudlaşmır. Azərbaycanı Naxçıvanla birləşdirəcək nəqliyyat kommunikasiyalarının Ermənistan ərazisindən keçməsi məsələsi də məhz bu bölgəni ön plana çıxarır.

Bu baxımdan Sünikdə yeni hərbi hissənin istifadəyə verilməsi və başqa bölgədə yerləşən hərbi bölmənin buraya köçürülməsi təsadüfi proses kimi görünməyə bilər.Ermənistan ordusu son illərdə ciddi islahat və modernləşmə prosesindən keçir. May ayında keçirilən hərbi paradda da Ermənistanın Fransa, Hindistan və digər tərəfdaşlardan əldə etdiyi hərbi texnika və sistemlər nümayiş etdirilmişdi. Bu, ordunun müdafiə imkanlarının yenilənməsi istiqamətində daha geniş prosesin getdiyini göstərir.Sünikdə hərbi mövcudluğun gücləndirilməsi xüsusilə Azərbaycanla Ermənistan arasında kommunikasiya məsələsinin gündəmdə olduğu bir dövrə təsadüf edir. Azərbaycan üçün əsas məsələlərdən biri Naxçıvanla quru əlaqəsinin təmin edilməsidir. Ermənistan ərazisindən keçəcək kommunikasiyalarla bağlı razılaşmalar isə Sünikin strateji əhəmiyyətini daha da artırır.

Belə vəziyyətdə Ermənistanın həmin ərazidə hərbi infrastrukturunu yeniləməsi və şəxsi heyəti cənub istiqamətinə yerləşdirməsi iki cür izah oluna bilər.

Birinci ehtimal Ermənistanın sərhəd təhlükəsizliyini gücləndirməsidir. Yəni İrəvan Sünikdəki hərbi hissələri daha müasir infrastruktura keçirərək mümkün təhlükələrə qarşı müdafiə imkanlarını artırmaq istəyir.

İkinci ehtimal isə daha genişdir: Ermənistan Sünikdə gələcək kommunikasiya layihələrinin təhlükəsizliyi ilə bağlı xüsusi hərbi mexanizm formalaşdırmağa çalışa bilər.

Bu mərhələdə bunun hücum hazırlığı olduğunu söyləmək üçün kifayət qədər fakt yoxdur. Lakin bütöv hərbi bölmənin strateji əhəmiyyət daşıyan sərhəd bölgəsinə köçürülməsi diqqətdən kənarda qala bilməz. Ermənistan Müdafiə Nazirliyinin açıqlamasında xüsusilə bir ifadə diqqət çəkir: yeni hərbi hissə “Avropa standartlarına” uyğun tikilib. Bu, İrəvanın son illərdə ordu quruculuğunda Qərb ölkələri ilə əməkdaşlığını artırması fonunda əhəmiyyətlidir. Ermənistan Rusiya ilə ənənəvi hərbi əlaqələrdən uzaqlaşaraq Fransa, Hindistan və digər ölkələrlə müdafiə sahəsində əməkdaşlığı genişləndirir.

Yeni hərbi hissələrin tikilməsi də bu modernləşmə siyasətinin bir hissəsi ola bilər. Ancaq yeni infrastrukturun məhz Sünikdə istifadəyə verilməsi həmin prosesə regional təhlükəsizlik aspekti əlavə edir.

İrəvan Sünikdə nə hazırlayır? Ən mühüm məsələ məhz budur.Sünik Ermənistanın digər bölgələrindən fərqli olaraq həm Azərbaycanla sərhəddə yerləşir, həm Naxçıvan istiqamətinə çıxış verir, həm də regionun gələcək nəqliyyat xəritəsində mühüm mövqeyə malikdir.Ona görə də burada hərbi infrastrukturun yenilənməsi və şəxsi heyətin artırılması yalnız adi ordu islahatı çərçivəsində qiymətləndirilməməlidir.Hazırda Ermənistan Müdafiə Nazirliyi bu yerdəyişmənin konkret səbəbini açıqlamayıb və bölmənin dəqiq dislokasiya yerini də bildirməyib. Amma bir fakt göz qabağındadır: Ermənistan ordusu strateji əhəmiyyətli Sünik istiqamətində hərbi infrastrukturunu gücləndirir.Bu prosesin gələcəkdə necə inkişaf edəcəyi xüsusilə Azərbaycan-Ermənistan sülh prosesi və regionda yeni kommunikasiya xətlərinin açılması ilə bağlı qərarlardan asılı olacaq.musavat.com



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-08-2026