Rəşad Məcid: “Prezidentin nitqində elə sözlərə rast gəlirik ki, heyrət edirik”
Tarix: 12-08-2026 | Saat: 10:48
Bölmə:Gündəm | çapa göndər

“Prezident İlham Əliyevin nitqlərində və müsahibələrində tez-tez dilimizin ən dərin qatlarından süzülüb gələn elə sözlərə rast gəlirik ki, heyrət edirik”.
Bunu Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib.
O qeyd edib ki, Prezident İlham Əliyev az işlənən, unudulmaqda olan sözləri yerli-yerində işlətməklə onlara sanki yeni nəfəs verir və həmin sözlərin ifadə imkanlarını zənginləşdirir.
“Naxçıvanda Azərbaycan televiziyasına verdiyi, regionun sosial-iqtisadi inkişafı, enerji təhlükəsizliyi və digər məsələlərdən bəhs edən dolğun müsahibəsində bir söz diqqətimi çəkdi:
“Yenə də deyirəm, bu planlar bizim bütün həndəvərimizdə yerləşən ölkələrin maraqlarına cavab verir”.
Qədim dastanlarımızdan gələn bu sözü həndəvərimizdə yaşayan insanların bir çoxu artıq işlətmir, bəziləri isə bəlkə də onun mənasını heç anlamır. Əslində, Prezident belə qədim sözlərdən istifadə etməklə bir nümunə, bir görk ortaya qoyur. Həm dilimizin saflığına çağırış edir, həm də unudulmaqda olan belə gözəl sözləri öz leksikonuna daxil etməklə onları canlandırır, dirildir”, - deyə Rəşad Məcid vurğulayıb.
Mətbuat Şurasının sədri bildirib ki, sözügedən müsahibədə Prezident Naxçıvanın inkişaf planından və regionun problemlərindən ətraflı danışmaqla yanaşı, memar Əcəmi Naxçıvaninin şərəfinə ucaldılan abidəni də xatırladıb. Onun sözlərinə görə, Prezident bu kontekstdə milli kimlik və milli ruhla bağlı qürur doğuran fikirlər səsləndirib:
“Bütün bu məsələlər böyük əhəmiyyət daşıyır. Çünki təbii ki, sosial-iqtisadi inkişaf, enerji təhlükəsizliyi vacib məsələlərdir. Ancaq bütün bu görülən işlərin təməlində bizim milli kimliyimiz dayanır, milli ruhumuz dayanır, mədəniyyətimiz, dilimiz, ədəbiyyatımız, tariximiz dayanır. Azərbaycan xalqı xoşbəxt xalqdır. Biz tariximizlə, mədəniyyətimizlə, görkəmli şəxsiyyətlərimizlə fəxr edə bilərik”.
Aydın Baxış
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-08-2026