IV Şuşa Qlobal Media Forumu: Azərbaycanın yeni geosiyasi doktrinasının konturları, beynəlxalq münasibətlər nəzəriyyələri prizmasından siyasi və elmi təhlil
Tarix: 15-07-2026 | Saat: 09:40
Bölmə:Siyasət / Manşet / Özəl | çapa göndər

IV Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq informasiya siyasətinin və strateji kommunikasiya modelinin mühüm platformalarından biri kimi çıxış edir. Forum təkcə media nümayəndələrinin beynəlxalq dialoq məkanı kimi qəbul edilməməlidir. Bu, həm də Azərbaycanın xarici siyasət prioritetlərinin, geosiyasi baxışlarının və diplomatik yanaşmalarının qlobal ictimaiyyətə sistemli şəkildə çatdırıldığı nüfuzlu siyasi platformadır. Bu baxımdan Forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı ölkənin milli maraqlarının müdafiəsi, enerji təhlükəsizliyi, regional sabitlik, beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizləri və çoxtərəfli əməkdaşlıq istiqamətində həyata keçirilən siyasətin konseptual çərçivəsini əks etdirən mühüm siyasi-diplomatik sənəd kimi qiymətləndirilə bilər.
Cənab Prezidentin çıxışının məzmunu beynəlxalq münasibətlər nəzəriyyələrinin, realizm, neoklassik realizm, regional təhlükəsizlik kompleksi, geoiqtisadiyyat və "Orta Güc" (Middle Power) konsepsiyası prizmasından təhlil edildikdə, Azərbaycanın müasir xarici siyasət modelinin praqmatik və balanslaşdırılmış xarakter daşıdığı aydın müşahidə olunur. Bu model milli maraqların qətiyyətlə müdafiəsini beynəlxalq hüququn prinsiplərinə sadiqlik, çoxtərəfli diplomatiyanın təşviqi və qarşılıqlı faydalı əməkdaşlıq mexanizmlərinin inkişafı ilə uzlaşdırır. Bu mənada Prezidentin çıxışı yalnız mövcud siyasi mövqenin ifadəsi deyil, eyni zamanda Azərbaycanın uzunmüddətli xarici siyasət kursunun və regional liderlik strategiyasının nəzəri və praktik əsaslarını özündə ehtiva edən strateji siyasi diskurs kimi dəyərləndirilə bilər.
Müasir beynəlxalq münasibətlər sistemi dərin transformasiya mərhələsindən keçir. Geosiyasi rəqabətin kəskinləşməsi, beynəlxalq təhlükəsizlik arxitekturasında müşahidə olunan dəyişikliklər, qlobal enerji bazarlarında baş verən struktur transformasiyaları və beynəlxalq ticarət marşrutlarının yenidən formalaşması dövlətlərin xarici siyasət prioritetlərinə və milli təhlükəsizlik strategiyalarına birbaşa təsir göstərir. Belə mürəkkəb beynəlxalq şəraitdə Cənubi Qafqaz regionu Avropa ilə Asiyanı birləşdirən mühüm geosiyasi və geoiqtisadi məkan kimi strateji əhəmiyyətini daha da artırmış olur.
Azərbaycan isə müstəqil, çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu sayəsində regionun etibarlı tərəfdaşı, təşəbbüskar dövləti və əsas geosiyasi aktorlarından biri kimi mövqeyini möhkəmləndirmişdir. Ölkənin enerji diplomatiyası, nəqliyyat-kommunikasiya layihələrinin təşəbbüskarı kimi çıxış etməsi, regional əməkdaşlığın təşviqi və beynəlxalq təşkilatlarla konstruktiv münasibətlər qurması onun həm regional, həm də qlobal səviyyədə nüfuzunun artmasına mühüm töhfə vermişdir. Bu kontekstdə IV Şuşa Qlobal Media Forumu həm də Azərbaycanın diplomatik baxışlarının, geosiyasi prioritetlərinin və beynəlxalq əməkdaşlıq modelinin dünya ictimaiyyətinə təqdim olunduğu strateji kommunikasiya məkanı kimi xüsusi əhəmiyyət kəsb edir.
Bu kontekstdə IV Şuşa Qlobal Media Forumuna eyni zamanda Azərbaycanın xarici siyasət baxışının, regional inkişaf prioritetlərinin və beynəlxalq əməkdaşlıq strategiyasının təqdim olunduğu mühüm siyasi platforması kimi yanaşılmalıdır. Ölkə başçısının forum çərçivəsində səsləndirdiyi fikirlər ölkənin dəyişən beynəlxalq münasibətlər sisteminə yanaşmasını, milli maraqlarını və uzunmüddətli inkişaf istiqamətlərini sistemli şəkildə ifadə edir.
Forumundakı səsləndirilən fikirlərə beynəlxalq münasibətlər nəzəriyyələri kontekstindən baxsaq, Azərbaycanın müasir xarici siyasət modelinin əsas xüsusiyyətlərini müəyyənləşdirmək və çıxışda irəli sürülən siyasi tezislərin elmi əsaslarını görmək olar.
Səsləndirilən fikirlərin metodoloji bazasını beynəlxalq münasibətlər və siyasi elm nəzəriyyələri təşkil edir. Əsasən realizm, neoklassik realizm, regional təhlükəsizlik kompleksi, geoiqtisadiyyat və kompleks qarşılıqlı asılılıq nəzəriyyələrinin konseptual yanaşmalarından, həmçinin siyasi diskurs və müqayisəli təhlil metodlarına istinad edilib.
Hans Morqentau və Kennet Uolts tərəfindən inkişaf etdirilən realizm nəzəriyyəsinə görə dövlətlərin xarici siyasətinin əsas məqsədi milli maraqların qorunması, dövlət suverenliyinin təmin olunması və təhlükəsizliyin möhkəmləndirilməsidir. Prezident İlham Əliyevin çıxışında milli maraqların prioritet kimi təqdim edilməsi, suverenliyin qorunması və müstəqil qərarvermə prinsipinin vurğulanması realizm nəzəriyyəsinin əsas müddəaları ilə uzlaşır.
Neoklassik realizm nəzəriyyəsi isə xarici siyasətin formalaşmasında beynəlxalq sistemlə yanaşı, daxili siyasi sabitliyin, iqtisadi inkişafın, dövlət institutlarının və siyasi liderliyin rolunu ön plana çəkir. Bu baxımdan Azərbaycanın son illərdə həyata keçirdiyi sosial-iqtisadi islahatlar, azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, müdafiə potensialının gücləndirilməsi və nəqliyyat-logistika infrastrukturunun inkişaf etdirilməsi ölkənin xarici siyasət imkanlarını genişləndirən mühüm daxili resurslar kimi qiymətləndirilə bilər. Bu amillər Azərbaycanın regional və qlobal geosiyasi proseslərdə daha fəal iştirakına, eləcə də beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verir.
Enerji diplomatiyası və beynəlxalq nəqliyyat layihələrinin təhlilində geoiqtisadiyyat konsepsiyası mühüm analitik əhəmiyyət kəsb edir. Müasir beynəlxalq münasibətlər sistemində enerji resursları, logistika infrastrukturu və kommunikasiya dəhlizləri dövlətlərin yalnız iqtisadi potensialını ifadə etmir, həm də onların geosiyasi təsir imkanlarını müəyyən edən əsas amillərdən biri hesab olunur. Bu kontekstdə Azərbaycanın həyata keçirdiyi enerji və nəqliyyat layihələri ölkənin regional və qlobal geoiqtisadi sistemdə mövqeyini gücləndirən strateji alətlər kimi çıxış edir.
Bunlarla yanaşı, Robert Kioxeyn və Cozef Nay tərəfindən irəli sürülən kompleks qarşılıqlı asılılıq nəzəriyyəsi Azərbaycanın çoxtərəfli əməkdaşlıq modelinin mahiyyətini izah etmək üçün mühüm elmi çərçivə yaradır. Həmin nəzəriyyəyə əsasən, müasir beynəlxalq münasibətlərdə dövlətlər arasında qarşılıqlı asılılıq yalnız hərbi-siyasi amillərlə deyil, iqtisadi, enerji, nəqliyyat və institusional əməkdaşlıq vasitəsilə də formalaşır. Bu baxımdan Azərbaycanın enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat-kommunikasiya layihələri və çoxtərəfli diplomatik təşəbbüsləri ölkənin xarici siyasətinin praqmatik və çoxşaxəli xarakterini nümayiş etdirir.
Cənab Prezident öz fikirlərində Azərbaycanın beynəlxalq münasibətlərdə qarşıdurmaya deyil, qarşılıqlı hörmətə, beynəlxalq hüquqa və bərabərhüquqlu əməkdaşlığa əsaslanan xarici siyasət kursuna sadiq olduğunu vurğulayır. Həmçinin, milli maraqların və dövlət müstəqilliyinin qorunması Azərbaycanın xarici siyasətinin dəyişməz strateji prioriteti kimi təqdim edilir. Bu yanaşma realizm nəzəriyyəsinin təhlükəsizlik və suverenlik prinsipləri ilə yanaşı, praqmatik diplomatiya elementlərini də özündə birləşdirir.
Qarabağda dövlət suverenliyinin tam bərpa olunması Azərbaycanın xarici siyasətində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu yeni geosiyasi reallıq ölkənin regional təhlükəsizlik arxitekturasında rolunun güclənməsinə, eyni zamanda beynəlxalq hüququn fundamental prinsiplərinin, xüsusilə dövlətlərin suverenliyi və ərazi bütövlüyünün toxunulmazlığı prinsipinin praktik əhəmiyyətinin bir daha ön plana çıxmasına şərait yaradır. Cənab Prezident regional sabitliyin yalnız beynəlxalq hüququn universal və bərabər tətbiqi şəraitində mümkün olduğunu vurğulayıb.
Cənub Qaz Dəhlizi, TANAP və TAP layihələri Avropanın enerji mənbələrinin şaxələndirilməsi siyasətinə mühüm töhfə verir, eyni zamanda Azərbaycanın etibarlı enerji tərəfdaşı statusunu daha da möhkəmləndirir. Bunlarla yanaşı bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi, xüsusilə Xəzər dənizinin külək enerjisi potensialından istifadəyə yönəlmiş layihələr və yaşıl enerji ixracı təşəbbüsləri ölkənin post-neft inkişaf modelinə keçid strategiyasının mühüm tərkib hissəsini təşkil edir.
Möhtərəm prezidentimiz cənab İlham Əliyev Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində artan rolunu xüsusi vurğulayır. Şərq–Qərb və Şimal–Cənub dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan Avrasiyanın əsas logistika mərkəzlərindən birinə çevrilməkdədir. Bu layihələr Azərbaycanın beynəlxalq ticarət sistemində etibarlı tərəfdaş kimi mövqeyini gücləndirməklə yanaşı, onun siyasi nüfuzunu daha da artırır.
IV Şuşa Qlobal Media Forumunda Azərbaycan–Türkiyə strateji tərəfdaşlığı ölkənin xarici siyasətinin əsas istiqamətlərindən biri kimi cənab Prezident tərəfindən xüsusi vurğulanır. Bu kontekstdə 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi iki dövlət arasında mövcud siyasi, iqtisadi və hərbi əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldərək müttəfiqlik münasibətlərinin institusional əsaslarını formalaşdırır. Bəyannamə təkcə ikitərəfli münasibətlərin hüquqi-siyasi bazasını möhkəmləndirmir, həm də Cənubi Qafqaz regionunda yeni təhlükəsizlik arxitekturasının formalaşmasına mühüm töhfə verir.
Regional təhlükəsizlik nəzəriyyəsi baxımından Azərbaycan–Türkiyə əməkdaşlığı qarşılıqlı maraqlara və ortaq strateji məqsədlərə əsaslanan təhlükəsizlik modelinin uğurlu nümunəsi kimi qiymətləndirilə bilər. Barri Buzan və Ole Vever tərəfindən irəli sürülən Regional Təhlükəsizlik Kompleksi nəzəriyyəsinə uyğun olaraq, coğrafi yaxınlıq və qarşılıqlı təhlükəsizlik maraqları dövlətlər arasında uzunmüddətli strateji tərəfdaşlığın formalaşmasını şərtləndirir. Bu baxımdan iki ölkə arasında hərbi əməkdaşlıq, enerji layihələri, nəqliyyat-kommunikasiya infrastrukturu, iqtisadi inteqrasiya və humanitar əlaqələr, bütövlükdə Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir.
Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın balanslaşdırılmış və çoxtərəfli xarici siyasət kursunun ardıcıl şəkildə davamlılığını bir daha nümayiş etdirir. Azərbaycan Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda fəal iştirak etməklə çoxtərəfli diplomatiyanın effektiv modelini nümayiş etdirir. Bu siyasət müxtəlif geosiyasi güc mərkəzləri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə və milli maraqların beynəlxalq hüququn prinsipləri çərçivəsində təmin olunmasına yönəlmişdir.
Cənab İlham Əliyevin fikirlərində diqqəti cəlb edən mühüm məqamlardan biri də Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzu və irəli sürdüyü təşəbbüslərdir. Müasir beynəlxalq münasibətlər nəzəriyyəsində "Orta Güc" (Middle Power) anlayışı yalnız iqtisadi və ya hərbi potensialla ölçülmür, həmçinin, dövlətin regional və qlobal proseslərə təsir imkanları, diplomatik fəallığı, vasitəçilik potensialı və beynəlxalq etimadı ilə müəyyən edilir.
Son illərdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr, COP29-a ev sahibliyi, Qoşulmama Hərəkatına uğurlu sədrliyi, Orta Dəhlizin inkişafında aparıcı rolu və digər uğurları, regional əməkdaşlıq təşəbbüsləri ölkənin "Orta Güc" statusunun formalaşdığını göstərən əsas göstəricilər kimi qiymətləndirilə bilər. Bu xüsusda Azərbaycanın beynəlxalq münasibətlər sistemində yalnız regional aktor deyil, həm də qlobal proseslərə təsir göstərən məsuliyyətli və etibarlı tərəfdaş kimi çıxış etdiyini göstərir.
Ölkə başçısının IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlərin beynəlxalq münasibətlər nəzəriyyələri prizmasından təhlili göstərir ki, Azərbaycanın müasir xarici siyasəti müxtəlif beynəlxalq münasibətlər nəzəriyyələrinin sintezinə əsaslanan praqmatik və çevik yanaşmanı özündə ehtiva edir. Milli maraqların və dövlət təhlükəsizliyinin xarici siyasətin əsas prioritetləri kimi müəyyənləşdirilməsi realizm nəzəriyyəsinin fundamental müddəaları ilə uzlaşır. Bununla yanaşı, enerji diplomatiyası, beynəlxalq nəqliyyat layihələri və geoiqtisadi təşəbbüslər Azərbaycanın xarici siyasətində geoiqtisadiyyat konsepsiyasının praktik tətbiqini nümayiş etdirir. Eyni zamanda, çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq təşkilatlarda fəal iştirak və qarşılıqlı faydaya əsaslanan tərəfdaşlıq münasibətlərinin qurulması kompleks qarşılıqlı asılılıq nəzəriyyəsinin əsas prinsiplərinin praktik təzahürü kimi çıxış edir.
Bu baxımdan Prezident İlham Əliyevin forumdakı səsləndirdiyi fikirlər Azərbaycanın dəyişən beynəlxalq münasibətlər sistemində strateji davranış modelini müəyyənləşdirən konseptual xarici siyasət sənədi kimi qiymətləndirilə bilər.
Bütün bunlar beynəlxalq münasibətlər və siyasi elm
sahəsində aparılan tədqiqatlar üçün aktual analitik mənbə olmaqla yanaşı, Azərbaycanın xarici siyasət doktrinasının elmi əsaslarla öyrənilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
Rövşən Əliyev
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-07-2026