Mobil versiya
Onlayn qumarla mübarizə gücləndirilməlidir – Hüquqi tədbirlərin sərtləşdirilməsi təklif olunur
Tarix: 13-07-2026 | Saat: 16:30
Bölmə:Özəl | çapa göndər

Onlayn qumarla mübarizə gücləndirilməlidir – Hüquqi tədbirlərin sərtləşdirilməsi təklif olunur




Son illər internet üzərindən fəaliyyət göstərən qanunsuz qumar platformalarına marağın artması cəmiyyətdə ciddi narahatlıq doğurur. Mütəxəssislər hesab edirlər ki, bu problem təkcə fərdi maliyyə itkiləri ilə məhdudlaşmır, həm də sosial və hüquqi risklər yaradır.

Vəkil Ceyhun Yusifovun sözlərinə görə, qeyri-qanuni onlayn qumar platformaları maliyyə təhlükəsizliyi, kibercinayətkarlıq, vergidən yayınma və qanunsuz pul dövriyyəsi baxımından da təhlükə hesab olunur. O bildirib ki, bu platformaların əksəriyyətinin xaricdə qeydiyyatdan keçməsi onların fəaliyyətinə qarşı hüquqi tədbirləri çətinləşdirir.

Ekspert qeyd edib ki, yalnız internet saytlarının bloklanması problemin tam həlli deyil. Onun fikrincə, əsas diqqət qanunsuz platformalara maliyyə axınının qarşısının alınmasına və ödəniş mexanizmlərinin məhdudlaşdırılmasına yönəldilməlidir.

Ceyhun Yusifov həmçinin qanunsuz qumar platformalarının reklamına qarşı daha sərt tədbirlərin görülməsini təklif edib. Onun sözlərinə görə, belə fəaliyyətin təşviqində iştirak edən fiziki və hüquqi şəxslər üçün məsuliyyət gücləndirilməli, zəruri hallarda cinayət-hüquqi məsuliyyət də tətbiq olunmalıdır.

Ekspert vurğulayıb ki, hüquqi mexanizmlərlə yanaşı, qumar asılılığının qarşısının alınması üçün maarifləndirmə, profilaktika və reabilitasiya proqramlarının genişləndirilməsi də vacibdir. Onun fikrincə, yalnız kompleks yanaşma bu problemin təsirini azaltmağa imkan verə bilər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-07-2026