14 İyul 1969 – Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişi: Müasir dövlətçiliyimizin inkişaf mərhələsinin başlanğıcı
Tarix: 13-07-2026 | Saat: 13:32
Bölmə:Özəl | çapa göndər

Azərbaycanın müasir tarixi elə günlərlə zəngindir ki, həmin tarixlər yalnız bir siyasi hadisəni deyil, bütöv bir xalqın taleyində yeni inkişaf mərhələsinin başlanmasını ifadə edir. Belə tarixi günlərdən biri də 14 iyul 1969-cu ildir. Məhz həmin gün Ulu Öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçilərək respublikaya rəhbərliyə başladı. Bu tarix Azərbaycanın sosial-iqtisadi inkişafının sürətlənməsi, milli özünüdərkin güclənməsi, gələcək müstəqil dövlətçiliyin təməlinin qoyulması baxımından dönüş nöqtəsi kimi qiymətləndirilir. 1960-cı illərin sonlarında Azərbaycan keçmiş SSRİ-nin iqtisadi cəhətdən geri qalmış müttəfiq respublikalarından biri hesab olunurdu. Sənaye istehsalında geriləmə, kənd təsərrüfatında məhsuldarlığın aşağı olması, infrastrukturun zəif inkişafı və milli kadrların azlığı ölkənin əsas problemləri sırasında idi. Belə mürəkkəb bir dövrdə respublikaya rəhbərliyə gələn Heydər Əliyev qısa müddətdə vəziyyəti dəyişdirməyə nail oldu.
Ulu Öndər ilk gündən qarşıya uzunmüddətli inkişaf strategiyası qoydu. Onun məqsədi yalnız mövcud problemləri aradan qaldırmaq deyil, Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm iqtisadi, elmi və milli potensial formalaşdırmaq idi. Sonrakı hadisələr göstərdi ki, bu uzaqgörən siyasət Azərbaycanın dövlətçilik tarixində əvəzsiz rol oynadı. Ulu Öndəer Heydər Əliyevin rəhbərliyi dövründə sənayeləşmə prosesi sürətləndirildi, yeni zavod və fabriklər tikildi, neft və neft-kimya sənayesi müasir texnologiyalar əsasında inkişaf etdirildi. Sumqayıt, Bakı, Gəncə, Mingəçevir və digər şəhərlərdə iri sənaye müəssisələri istifadəyə verildi. Elektronika, maşınqayırma, cihazqayırma və energetika sahələrinin inkişafı Azərbaycanın iqtisadi potensialını əhəmiyyətli dərəcədə artırdı. Neft sənayesi xüsusi diqqət mərkəzində idi. Xəzər dənizində yeni yataqların kəşfi, müasir qazma qurğularının tətbiqi, dəniz neft hasilatının genişləndirilməsi gələcək enerji strategiyasının əsasını təşkil etdi. Məhz həmin illərdə formalaşdırılan iqtisadi baza sonradan müstəqil Azərbaycanın enerji siyasətinin uğurla həyata keçirilməsinə imkan yaratdı. Kənd təsərrüfatında da mühüm islahatlar aparıldı. Yeni suvarma sistemləri yaradıldı, pambıqçılıq, üzümçülük, taxılçılıq və heyvandarlıq inkişaf etdirildi. Respublikanın müxtəlif bölgələrində kənd təsərrüfatı istehsalının artması əhalinin rifahına müsbət təsir göstərdi. Ulu Öndər Heydər Əliyevin fəaliyyətində milli kadr hazırlığı xüsusi yer tuturdu. O yaxşı anlayırdı ki, gələcəkdə Azərbaycanın inkişafı peşəkar və vətənpərvər mütəxəssislərdən asılı olacaq. Məhz buna görə minlərlə azərbaycanlı gəncin SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil almasına şərait yaradıldı. Sonralar həmin mütəxəssislər müstəqil Azərbaycanın dövlət idarəçiliyində, elmində, sənayesində və digər sahələrdə aparıcı rol oynadılar. Elm və təhsilin inkişafı Heydər Əliyevin siyasətinin prioritet istiqamətlərindən biri idi. Ali məktəblərin maddi-texniki bazası gücləndirildi, elmi-tədqiqat institutlarının fəaliyyəti genişləndirildi, Azərbaycan alimlərinin beynəlxalq elmi əlaqələrinin inkişafına xüsusi diqqət yetirildi. Mədəniyyət sahəsində də böyük canlanma baş verdi. Azərbaycan dili, milli ədəbiyyat, musiqi və incəsənət dövlət səviyyəsində dəstəkləndi. Tarixi abidələrin qorunması, milli-mədəni irsin təbliği və tanınmış sənət adamlarının fəaliyyətinə verilən qiymət xalqın milli şüurunun formalaşmasına mühüm təsir göstərdi. Ulu Öndərin ən böyük xidmətlərindən biri milli özünüdərk hissinin gücləndirilməsi idi. Sovet ideoloji çərçivələrinin mövcud olduğu bir dövrdə milli dəyərlərin qorunması, Azərbaycan tarixinin, dilinin və mədəniyyətinin inkişaf etdirilməsi böyük siyasi uzaqgörənlik tələb edirdi. Heydər Əliyev bu istiqamətdə ardıcıl və düşünülmüş siyasət həyata keçirərək gələcək müstəqillik üçün mənəvi zəmin yaratdı.
1969–1982-ci illərdə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində Azərbaycan keçmiş SSRİ-də ən sürətlə inkişaf edən respublikalardan birinə çevrildi. Sənaye istehsalı, kənd təsərrüfatı məhsulları, milli gəlir və sosial göstəricilər üzrə əldə olunan nəticələr respublikanın nüfuzunu xeyli artırdı. 1982-ci ildə Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Sovet İttifaqı rəhbərliyinə yüksəlməsi onun yüksək idarəçilik bacarığının beynəlxalq səviyyədə də qəbul edilməsinin göstəricisi idi. Lakin o, harada çalışmasından asılı olmayaraq Azərbaycanın inkişafını daim diqqət mərkəzində saxladı. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də, ölkədə yaranmış siyasi böhran, iqtisadi tənəzzül və Ermənistanın hərbi təcavüzü dövlətçiliyi ciddi təhlükə qarşısında qoymuşdu. Belə ağır şəraitdə xalqın təkidli tələbi ilə 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanın xilası oldu.
1993–2003-cü illərdə Ulu Öndər müstəqil Azərbaycan dövlətinin əsaslarını möhkəmləndirdi, hüquqi dövlət quruculuğunu təmin etdi, siyasi sabitliyi bərpa etdi və ölkənin uzunmüddətli inkişaf strategiyasını müəyyənləşdirdi. Məhz onun təşəbbüsü ilə qəbul edilən yeni Konstitusiya, həyata keçirilən iqtisadi islahatlar, "Əsrin müqaviləsi", müstəqil xarici siyasət kursu və azərbaycançılıq ideologiyası müasir dövlətçiliyimizin təməl sütunlarına çevrildi. Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə Azərbaycanın qazandığı iqtisadi uğurlar, beynəlxalq nüfuzunun artması, enerji və nəqliyyat layihələrinin uğurla həyata keçirilməsi, regionun aparıcı dövlətinə çevrilməsi məhz Heydər Əliyevin müəyyən etdiyi inkişaf kursunun məntiqi nəticəsidir.
2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan 44 günlük Vətən müharibəsindəki möhtəşəm Zəfər də Ulu Öndərin yaratdığı dövlətçilik məktəbinin və ordu quruculuğu siyasətinin davamı idi. 2023-cü ildə ölkəmizin bütün ərazisində dövlət suverenliyinin tam bərpası isə Azərbaycanın tarixində yeni mərhələnin başlanğıcı oldu. Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, "Böyük Qayıdış" proqramının uğurla həyata keçirilməsi, yeni şəhər və kəndlərin salınması, beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin güclənən mövqeyini bir daha nümayiş etdirir. Tarix sübut edir ki, 14 iyul 1969-cu il təkcə bir rəhbərin vəzifəyə başlaması deyil, Azərbaycanın gələcək taleyini dəyişən strateji dönüş nöqtəsi idi. Həmin gün əsası qoyulan inkişaf xətti sonrakı onilliklərdə müstəqil dövlətimizin siyasi, iqtisadi və mənəvi yüksəlişinə möhkəm zəmin yaratdı.
Bu gün Azərbaycan xalqı böyük qürur hissi ilə Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsini yaşadır, onun ideyalarına sadiq qalaraq ölkəmizin daha da qüdrətlənməsi naminə çalışır. Azərbaycanın qazandığı uğurlar göstərir ki, Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu daim yaşayacaq və ölkəmizi yeni nailiyyətlərə aparacaq.
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-07-2026