Həyatın uğurlu, yaradıcılıq yolun işıqlı olsun, əziz qardaşım.
Tarix: 06-07-2026 | Saat: 10:33
Bölmə:Özəl | çapa göndər

Yaxşı bilirəm ki, əsl dost haqqında yazı yazmaq ,fikir söyləmək dostluq qədər məsuliyyətli, dost qədər qiymətlidir.
Düzü çox fikirləşdim ki, Akif Cabbarlı haqqında 75 illik yubiley yazısını başqa bir adam yazsın.Yəni, onu məndən daha əvvəl tanıyan istedadlı qələm dostları -Əli Şamil ,İsrafil Qurbanov,Tahir Aydınoğlu ,Rəhim Hüseynzadə, Asəf Məhərrəmov və neçə-neçə veteran jurnalistlər, şair və yazıçılar yazsın .Amma, fikirləşdim ki elə mən də Akif müəllimi az vaxt deyil tanıyıram.
Bizim dostluğumuzun tarixçəsi az qala 40 ilə yaxınlaşır.Hələ gənc yaşlarımızdan atası İsmayıl əmi,anası Əsbət xala,əmisi Ələsgər müəllim,atam Ağaxanın və anam Dilşadın sağlığından biz bir-birimizi tanıyırıq.
Ustad şair Gəray Fəzlinin xeyir-duası ilə jurnalistika və ədəbiyyata gələn dostumun bu ahıl çağında ona ürək sözlərimi çatdırmaq istərdim. Dilimizdə səslənən gözəl sözlərdən biri də yaxşı adam ifadəsidir. Akif müəllim həmin o yaxşı adamlardandır ki mayası halal yoğrulub. Neçə-neçə gənc jurnalistin formalaşmasında, əsl redaktor olmasında yol göstərib.Rəhbərlik elədiyi şöbə və redaksiyalarda gənclərə böyük yer ayırıb.Onlar haqqında rəhbərliyə müsbət təqdimat yazıb,işlə təmin edib.Akif müəllimin digər dostları,həmkarları ilə məni fəqrləndirən bizim xarakterlərmizin oxşar olmasıdır. Elə buna görə də biz istər bir redaksiyada ,bir kollektivdə işlədiyimiz dövrdə, istərsə də başqa yerlərdə çalışsaqda əlaqələrimiz heç vaxt üzülməyib. Seçdiyimiz dostlar da hər ikimizin dostu olanlar olub.Rətmətlik Əlipənah Bayramov, Heydər. Zeynaloğlu, Yusif Misiroğlu, Hidayət Elvüsal, Tahir Abbaslı və bu gün dostluğumuzu davat etdirdiyimiz Hamlet İsmayılov, Nəriman ,Abid Tahirli hər ikimizin dostudur. Yəni,bizim xatakter oxşarlığımıza görə dostlarımızda eyni insanlardır.
Ömrünün 75-ci ilini alnıaçıq, üzüağ - kişi kimi başa vuran, sevilən bu ADAM , publisistikasını, müxtəlif səpgili yazılarını maraqla oxuduğumuz Akif Cabbarlıdır. Şahdağın vüqarını, Türyançayın coşqunluğunu özüylə paytaxta gətirən Akif İsmayıloğlunu respublikanın mətbuat mənsubları sırasında demək olar ki tanımayan yoxdur .Çox-çox illər əvvəl yaşadığı onlarla kövrək xatirələri böyük ustalıqla qələmə alaraq maraqlı hekayələr şəklində təqdim etməyi bacaran Akif müəllim 6 bədii-publisistik kitabların və bir neçə televiziya filminin ssenari müəllifidir.150 yaşlı mətbuatımızın ağsaqqal personalarından biri, yarım əsrdən də çox çalışdığı teleradio və qəzetlərdə böyük nüfuz qazanmış ,bir sıra təltif və mükafatlara layiq görülmüş Akif Cabbarlı bu gün də fəal jurnalistika ilə məşğuldur. Dilimizin keşiyində ayıq-sayıq dayanan, təvazökar insan, gözəl dost, istedadlı qələm sahibi, Azərbaycan Kinematoqrafçılar İttifaqının redaktoru, yazıçı- publisist Akif Cabbarlının 75 yaşı tamam olur.
Ədəbi yaradıcılığa 1968-ci ildə, hələ BDU-nun jurnalistika fakultəsinin 1-ci kursunda oxuyanda başlayıb.O, bu gün də bədii yaradıcılığını uğurla davat etdirir.
Qələmə aldığı hekayə və publisistik yazılar ölkə mətbuatında, saytlarda dərc olunur və oxucular tərəfindən rəğbətlə qarşılanır.
Əziz DOSTum Akif Cabbarlı! Belə gözəl gündə, ömrünün müdriklik çağında sənə möhkəm can sağlığı və illərlə halallıqla yaşadığın həyat yolunda yenə də o cür inamla, mətinliklə, qətiyyətlə addımlamağı arzulayıram.
Bir sözlə, özün kimi qal, DOSTum ! Necə varsan, eləcə - alnı açıq, üzü ağ!
Əziz dostum indiyədək " Əməkdar jurnalist " fəxri adı almasa da öz çevrəsində, dostları arasında ƏMƏKDAR DOST kimi tanınır və sevilir.
Mübariz Süleymanlı,
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının və AYB-nin üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-07-2026
05-07-2026