Mobil versiya
Rusiya yanacaq axtarışında: Qazaxıstan ehtiyatlı mövqe sərgilədi
Tarix: 02-07-2026 | Saat: 21:03
Bölmə:Özəl | çapa göndər

Rusiya yanacaq axtarışında: Qazaxıstan ehtiyatlı mövqe sərgilədi




Rusiyada neft emalı obyektlərinə endirilən hücumlardan sonra yanacaq təminatı ilə bağlı problemlərin artdığı bildirilir. Məlumatlara görə, bəzi bölgələrdə yanacaq çatışmazlığı müşahidə olunur və bu vəziyyət ölkənin daxili bazarında əlavə çətinliklər yaradıb.

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, yaranmış vəziyyət fonunda Moskva qonşu ölkələrdən yanacaq-sürtkü materiallarının tədarükünü genişləndirməyə çalışır. Bildirilir ki, Belarusdan sonra Qazaxıstan da bu istiqamətdə müraciət edilən ölkələr sırasındadır.

Lakin Qazaxıstan rəsmiləri məsələ ilə bağlı ehtiyatlı mövqe nümayiş etdirirlər. Energetika sahəsinə cavabdeh qurumdan bildirilib ki, neft məhsullarının ixracı yalnız ölkənin daxili tələbatı tam təmin edildikdən və kifayət qədər sərbəst resurs olduğu halda mümkündür.

Açıqlamada vurğulanıb ki, Qazaxıstan üçün əsas prioritet daxili bazarın fasiləsiz yanacaq təminatıdır. Xarici tədarüklər isə yalnız ölkə iqtisadiyyatı və əhalisinin maraqlarına heç bir risk yaratmadığı təqdirdə həyata keçirilə bilər.

Ekspertlər hesab edirlər ki, Astana mümkün qərar verərkən həm iqtisadi, həm də beynəlxalq siyasi amilləri nəzərə almağa çalışır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-07-2026