Mobil versiya
Sandro Tonalinin yeni klubu bəlli oldu
Tarix: 02-07-2026 | Saat: 12:12
Bölmə:İdman | çapa göndər

Sandro Tonalinin yeni klubu bəlli oldu

İtaliya millisinin yarımmüdafiəçisi Sandro Tonali karyerasını İngiltərədə başqa klubda davam etdirəcək.

aia.az xəbər verir ki, London təmsilçisi "Tottenhem" futbolçunun transferi ilə bağlı "Nyukasl"la razılığa gəlib. Məlumata görə, keçidin dəyəri 117 milyon avro təşkil edib.

25 yaşlı yarımmüdafiəçi 2023-cü ilin yayında "Milan"dan 70 milyon avro qarşılığında "Nyukasl"a transfer olunmuşdu.

Tonali ötən mövsüm bütün turnirlərdə 53 oyunda forma geyinib. O, bu qarşılaşmalarda 3 qola imza atıb, eyni zamanda komanda yoldaşlarına 7 məhsuldar ötürmə verərək uğurlu çıxışı ilə seçilib.

Beləliklə, Sandro Tonali yeni mövsümdən etibarən "Tottenhem"in heyətində çıxış edəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-07-2026