Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib -Fotolar
Tarix: 25-06-2026 | Saat: 17:43
Bölmə:Gündəm / Parlament | çapa göndər

İyunun 25-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib. İclasda 6 qanun layihəsi birinci oxunuşda müzakirəyə təqdim edilib.
Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Komitənin sədri Tahir Rzayev ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə cari ilin may ayında kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə dövlət başçısının aqrar sektorun inkişafı və qarşıda duran vəzifələr barədə mühüm fikirlər səsləndirdiyini qeyd edib. O, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda aqrar sahədə dayanıqlı inkişafın təmin edilməsi ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsinin, o cümlədən qanunvericilik bazasının təkmilləşdirilməsinin nəzərdə tutulduğunu söyləyib. Bu gün müzakirəyə çıxarılan qanun layihələrinin həmin məqsədlərə xidmət etdiyini vurğulayıb.
Sonra iclasın gündəliyində olan qanun layihələri təqdim edilib.
“Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi ilə bağlı diqqətə çatdırılıb ki, sənəd müasir dövrün tələbləri, yeni iqtisadi, nəzarət və dəstək mexanizmlərinin tətbiqi, habelə kənd təsərrüfatı sahəsində aparılan islahatların dərinləşdirilməsi zərurəti nəzərə alınmaqla sahə üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsini hədəfləyir. Bildirilib ki, layihədə toxumçuluq fəaliyyəti ilə bağlı bir sıra yeni anlayışların daxil edilməsi, toxum keyfiyyətinə nəzarət və sertifikatlaşdırma prosesinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması, bu sahədə fəaliyyət göstərən subyektlərin qeydiyyatının elektron şəkildə aparılması nəzərdə tutulur. Bununla yanaşi, rəqabət mühitinin formalaşması baxımından, yüksək nəsilli orijinal və elit toxumların istehsalına özəl sektorun cəlb edilməsi ilə bağlı müddəalar da öz əksini tapıb. Qeyd edilib ki, qanun layihəsi toxumçuluq sektorunda köklü islahat hesab edilməklə aqrar sektorun dayanıqlı inkişafına əhəmiyyətli təsir göstərəcək.
Növbəti məsələnin – “Seleksiya nailiyyətləri haqqında”, “Dövlət rüsumu haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Texniki tənzimləmə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə Qanun layihəsinin “Toxumçuluq haqqında” yeni qanunun tələblərindən irəli gələrək hazırlandığını bildirilib. Layihədə seleksiya nailiyyətləri, qeydiyyata alınmış toxum əməliyyatçıları, toxumluq əkinlər barədə məlumatların məcmusunu özündə əks etdirən informasiya sistemi (Reyestri) təsbit edilir.
Sonra iclasda “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi barədə məlumat verilib. Bildirilib ki, qanun layihəsi balıqçılıq və akvakultura sahəsində mövcud hüquqi tənzimləmənin təkmilləşdirilməsinə, sahənin müasir inkişaf meyillərinə uyğunlaşdırılmasına, su bioresurslarının səmərəli istifadəsi və mühafizəsinin təmin edilməsinə, habelə bu sahədəki hüquqi mexanizmlərinin gücləndirilməsinə yönəlib.
Gündəliyin digər məsələsi olan “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində “Balıqçılıq haqqında” Qanundan irəli gələrək müvafiq dəyişikliklərin təklif olunduğu qeyd edilib. Bildirilib ki, “Balıqçılıq haqqında” qanun layihəsində balıqçılıq su obyektlərində akvakultura fəaliyyətinin “akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsi” əsasında həyata keçirilməsi və qeydiyyat şəhadətnaməsinə görə dövlət rüsumu nəzərdə tutulur. Bundan irəli gələrək “Dövlət rüsumu haqqında” qanunun 18.69-cu maddəsi yeni redaksiyada verilir. “Lisenziyalar və icazələr haqqında” Qanunda isə sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısına akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsi əlavə olunur.
Tədbirdə habelə Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Mülki Məcəllədə, “Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Torpaq bazarı haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi diqqətə çatdırılıb. Qeyd olunub ki, qanun layihəsi torpaq ehtiyatlarından səmərəli və dayanıqlı istifadənin təmin edilməsi, torpaqların konsolidasiyası üçün hüquqi zəminin formalaşdırılması məqsədilə hazırlanıb.
Sonra gündəliyin sonuncu məsələsi - Torpaq Məcəlləsində, Mülki Məcəllədə, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2017-ci il 15 dekabr tarixli 918-VQD nömrəli və “Aqrar sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi təqdim edilib.
Diqqətə çatdırılıb ki, qanun layihəsi ölkə Prezidentinin “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminin yaradılması haqqında” 17 noyabr 2023-cü il tarixli Fərmanının icrası çərçivəsində hazırlanıb. Sənəddə daşınmaz əmlakın kadastrı və reyestri sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı dəyişikliklər nəzərdə tutur.
Gündəlikdəki məsələlər ətrafında aparılan müzakirələrdə komitənin üzvləri Eldar İbrahimov, Cavanşir Paşazadə, Azər Badamov, Aydın Hüseynov, Novruzəli Aslanov öz fikir və qeydlərini söyləyiblər.
İclasda iştirak edən kənd təsərrüfatı nazirinin müavinləri İlhamə Qədimova, Zaur Əliyev, Seymur Səfərli, Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən sədr müavini Elşad Məmmədov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu İdarə Heyətinin sədri Əli Nəbiyev müzakirəyə çıxarılan qanun layihələrinin mahiyyəti ilə bağlı öz fikirlərini açıqlayıblar.
Tədbirdə təqdim edilən qanun layihələri birinci oxunuşda Milli Məclisin iclasına tövsiyə olunub.
İclasda komitənin üzvləri Xanlar Fətiyev, Malik Həsənov, Ağalar Vəliyev, parlament Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov və digər rəsmi şəxslər iştirak ediblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-06-2026
16:03 Frank Şvabeyə cavab