26 İYUN: Müzəffər xalqın yenilməz paradiqması -DEPUTAT YAZIR
Tarix: 25-06-2026 | Saat: 15:55
Bölmə:Karusel / Manşet / Özəl / Seçilənlər-9 | çapa göndər
Ordunun yaradılmasından dövlət suverenliyinin tam bərpasınadək ucalan şanlı yol

Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri
Hər bir müstəqil dövlətin varlığı, onun suverenliyinin toxunulmazlığı və sərhədlərinin etibarlı müdafiəsi birbaşa malik olduğu hərbi qüdrətlə ölçülür. Azərbaycan xalqının tarixində 26 İyun – Silahlı Qüvvələr Günü sadəcə təqvim yarpağındakı sıradan bir tarix deyil; bu gün xalqın azadlıq eşqinin, dövlətçilik idealının və sarsılmaz iradəsinin döyüş meydanındakı əbədi təcəssümüdür. Azərbaycan Ordusunun keçdiyi tarixi inkişaf yolu fədakarlıqlarla, uzaqgörən dövlətçilik strategiyası ilə və ən əsası, sarsılmaz xalq-ordu birliyi ilə zəngindir.
Ulu Öndər Heydər Əliyevin ordunun cəmiyyətdəki fəlsəfi yerini bədii və mənəvi dərki baxımından xarakterizə etdiyi kimi, xalqla ordunun sağlam mənəvi birliyi həm millətin qüdrətini, həm də onun silahlı qüvvələrini sarsılmaz edir. Bu mənəvi təməllər üzərində ucalan Azərbaycan Ordusu, bu gün dünyada hərb elminin ən müasir, unikal səhifələrini yazmış qüdrətli bir qüvvəyə çevrilmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin ifadə etdiyi kimi, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulan ilk təməllər, bu gün Azərbaycan ordusunu dünyanın ən güclü orduları sırasına yüksəltmiş, onun maddi-texniki təchizatı və döyüş qabiliyyəti meydanda öz təsdiqini tapmışdır.
Azərbaycan hərb tarixinin müasir dirçəliş kökləri dahi şəxsiyyət Heydər Əliyevin ötən əsrin son rübündəki uzaqgörən fəaliyyətinə təsadüf edir. Məhz onun sovet rejiminin yaratdığı ideoloji maneələrə baxmayaraq, böyük çətinliklər bahasına Cəmşid Naxçıvanski adına hərbi liseyi təsis etməsi, gələcək müstəqil Azərbaycanın peşəkar hərbi elitasının yetişməsində dönüş nöqtəsi oldu. Azərbaycandakı ali hərbi məktəblərin fəaliyyətinin genişləndirilməsi və gənclərin ittifaqın nüfuzlu hərbi ocaqlarına yönləndirilməsi gələcəyin qələbə memarlarını hazırlayırdı.
Doxsanıncı illərin əvvəllərində müstəqilliyini yenicə bərpa etmiş respublika idarəçilik səriştəsizliyi, daxili xaos və pərakəndə silahlı qrupların çəkişmələri ucbatından Ermənistanın işğalçılıq siyasəti qarşısında zəif salınmışdı. Belə bir ağır və taleyüklü məqamda xalqın israrlı çağırışı ilə hakimiyyətə qayıdan Ümummilli Lider, ilk növbədə başıpozuq dəstələri ləğv edərək vahid komandanlığa tabe olan nizami ordu quruculuğu prosesinə qətiyyətlə start verdi. 1994-cü il atəşkəsindən sonra ordunun maddi-texniki təminatının yaxşılaşdırılması və şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılması dövlət siyasətinin nüvəsini təşkil etdi. Bu hərbi ənənələrin tarixi varisliyini təmin etmək məqsədilə, Əlahiddə Azərbaycan Korpusunun yarandığı 26 iyun günü rəsmi dövlət bayramı – Silahlı Qüvvələr Günü elan olundu.
Hərbi təhsil sisteminin mükəmməlləşdirilməsi, Müdafiə Nazirliyi sistemindəki məktəblərin profillərinə uyğun yenidən qurulması ordunun intellektual potensialını artırdı. Eyni zamanda, beynəlxalq proqramlar və sülhməramlı missiyalarda qazanılan praktiki təcrübələr sayəsində Azərbaycan Ordusu yüksək manevr qabiliyyətli modern bir qüvvəyə çevrildi. Ulu Öndərin də dediyi kimi, bizim ordu quruculuğumuz heç bir dövlətin torpağına göz dikmək məqsədi daşımır, o, sadəcə ərazi bütövlüyümüzün, sərhədlərimizin toxunulmazlığının və müstəqilliyimizin əbədi keşikçisidir.
Müasir dövrdə bu müqəddəs missiyanı yeni əsrin tələblərinə uyğunlaşdıran cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu dövlətin ən strateji prioriteti olaraq qaldı. Ölkəmizin iqtisadi müstəqilliyi və dinamik inkişafı müdafiə və milli təhlükəsizlik xərclərinin ilbəil rekord həddə çatmasına imkan verdi. Bu nəhəng maliyyə resursları təkcə müasir silahların alınmasına deyil, həm də şəxsi heyətin sosial müdafiəsinin, mənzil təminatının köklü şəkildə yaxşılaşdırılmasına və hərbçilərin maddi rifahının yüksəldilməsinə yönəldildi.
Ordunun xarici bazarlardan asılılığını minimuma endirmək məqsədilə daxili hərbi sənaye kompleksinin qurulması tarixi bir nailiyyət oldu. Yerli zavodlarda istehsal olunan yüzlərlə hərbi təyinatlı məhsul, zirehli maşınlar, atıcı silahlar və pilotsuz uçuş aparatları ordumuzu daxili imkanlar hesabına təchiz etməklə yanaşı, beynəlxalq arenada nümayiş etdirilərək ixrac potensialı qazandı. Nüfuzlu qlobal hərbi araşdırma mərkəzlərinin hesabatlarında Azərbaycan Ordusunun Cənubi Qafqazda birinci yerdə qərarlaşması və dünya miqyasında güclülər sırasına daxil olması bu uzaqgörən siyasətin parlaq göstəricisidir. Qəbul edilmiş yeni qanunvericilik aktları isə Silahlı Qüvvələrin fəaliyyətinin sarsılmaz hüquqi əsaslarını müəyyən etdi.
Böyük tarixi Zəfərə gedən yol ordumuzun döyüş meydanında nümayiş etdirdiyi bir neçə mühüm hərbi uğurdan süzülüb gəldi. 2016-cı ilin ildırım sürətli Aprel döyüşləri düşmən mifini sındıraraq strateji ərazilərin azad edilməsi ilə Böyük Qayıdışın ilk qaranquşu oldu. Bu uğurun ardınca reallaşan Naxçıvan istiqamətindəki Günnüt əməliyyatı sayəsində dövlət sərhədi boyunca ən əlverişli strateji yüksəkliklər tam nəzarətə götürüldü və müdafiə xətti irəliyə çəkildi.
2020-ci ilin payızında başlayan 44 günlük Vətən müharibəsi isə Azərbaycan xalqının şanlı qəhrəmanlıq dastanı oldu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında bir addım da geri çəkilməyən Azərbaycan əsgəri yüzlərlə şəhər, qəsəbə və kəndi işğaldan azad edərək düşməni kapitulyasiyaya məcbur etdi. Bu tarixi zəfərin məntiqi davamı olaraq reallaşdırılan lokal antiterror tədbirləri cəmi bir gündən az müddətdə separatizmin kökünü kəsdi və ölkənin bütün ərazilərində Konstitusiya quruluşunu, tam suverenliyini bərpa etdi.
Vətən müharibəsində tətbiq olunan beşinci nəsil müharibə taktikası, ordumuzun rəşadəti və fərarilik halının yaşanmaması beynəlxalq hərbi akademiyaların və beyin mərkəzlərinin dərsliklərinə daxil edilmişdir. Şanlı qələbənin şərəfinə keçirilən Zəfər Paradı xalq-ordu birliyinin möhtəşəm təntənəsi olaraq tarixə həkk olundu.
Müharibənin təcrübələri işığında ordumuz keyfiyyətcə yeni, daha çevik idarəetmə strukturuna keçdi. Quru Qoşunlarının nəzdində yaradılan və ən çətin təlimləri uğurla başa vuran Əməliyyat (Komando) hərbi hissələri ordumuzun zərbə gücünü dəfələrlə artırdı. Türkiyə Silahlı Qüvvələri modelinə uyğun olaraq təşkil edilən Milli Müdafiə Universitetinin yaradılması hərbi təhsildə inqilabi mərhələ başlatdı. Şuşa Bəyannaməsinin bəndlərinə uyğun olaraq qardaş Türkiyə ilə, eləcə də Pakistan və İsrail kimi strateji tərəfdaşlarla müdafiə, kosmos, hərbi-texniki və aviasiya sahələrindəki mübadilələr ən son texnologiyaların arsenalımıza daxil edilməsini sürətləndirdi.
Gənclərin hərb sənətinə marağını stimullaşdırmaq məqsədilə təsis edilən yeni hərbi kolleclər, kursantlara edilən birdəfəlik ödənişlər, təqaüdlər və uzunmüddətli sosial mənzil güzəştləri gələcəyin peşəkar kadr axınını təmin edir. Dövlətin yaratdığı bu güclü sosial-maddi təminat həm də gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət edir.
Cənab Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan xalqı və onun ordusu bütün dünyaya sübut etdi ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. 26 İyun Silahlı Qüvvələr Günü bu qüdrətin, sarsılmaz mənəviyyatın və vətənə olan sonsuz sevginin əbədi bayramıdır. Azərbaycan Ordusu hər zaman dövlətimizin sarsılmaz dayağı, xalqımızın başını uca edən qeyrət qalası olaraq qalacaqdır!
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər