Mobil versiya
Deputat yağışın yaratdığı fəsadlardan danışdı
Tarix: 05-06-2026 | Saat: 11:41
Bölmə:Manşet / Parlament | çapa göndər

Deputat yağışın yaratdığı fəsadlardan danışdı

“Aprel ayından başlayaraq intensiv yağışlar həm Bakıda, həm rayonlarda fəsadlar yaradıb”.

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.

"Bununla bağlı Prezidentin tapşırığı ilə 86 milyona yaxın vəsait ayrılıb. Bu vəsait həmin problemin həlli və yenidən təkrar olmaması üçün çox vacib vəsaitdir. Bu Sərəncam apreldə verildikdən sonra, mayda da intensiv yağışlar fəsadların coğrafiyasını genişlənidirib. Şəki-Zaqatala və Qaxda da xeyli fəsadlar yaranıb. Təsərrüfatlara da ziyan dəyib. Bu istiqamətdə Aqrar Sığorta xeyli işlər görür və müsbət qiymətləndirmək lazımdır. Amma dəyən ziyanın həcmi ilə Aqrar Sığortanın maliyyə imkanlarını ölçəndə əlavə dəstəyin olması çox vacibdir”, - deputat bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-06-2026