Mobil versiya
Afaq Bəşirqızı ƏMƏLİYYAT OLUNDU: "Riskli idi"
Tarix: 05-06-2026 | Saat: 10:51
Bölmə:Ölkə | çapa göndər

Afaq Bəşirqızı

Xalq artisti Afaq Bəşirqızı əməliyyat olunub.

aia.az xəbər verir ki, aktrisanın həkimi Turab Qasımov Moderator.az-a açıqlamasında bildirib ki, əməliyyat riskli olsa da, uğurla başa çatıb:

"Afaq xanımın əməliyyatı uğurlu keçdi. Bir az riskli idi. Əməliyyatdan sonrakı müayinələr də bunu deməyə əsas verir ki, hər şey qaydasındadır. Ayaqlarını normal hərəkət etdirə bilir. Afaq xanımın onurğa beynində sıxılma var idi. Əvvəl də əməliyyat olunmuşdu. Ona bir müddət reabilitasiya lazım olacaq. Qısa müddətdə xeyrini görəcək.

Bu Afaq xanımda uzunmüddətli bir problem idi. Problem uzunmüddətli olanda onun düzəlməsi də çox çəkə bilər. Ümid edək ki, ən qısa müddətdə yaxşılaşacaq. Ümid edirəm ki, iki gündən sonra vəziyyətinin düzəlməsindən asılı olaraq xəstəxanadan evə buraxılacaq. Almaniyadan xüsusi Afaq xanımı əməliyyat etmək üçün gəlmişəm. Şənbə günü qayıdacağam".

Xalq artisti də əməliyyatdan sonra səhhəti haqqında danışıb:

"Cərrahiyyə əməliyyatı dünən səhər saat 10-da baş tutdu. Axşam saat 8-də həkimin köməkliyi ilə ayağa qalxıb gəzdim. Bu mənim üçün ən böyük sevincdir. Mən indiyə qədər bədənimin ayrı-ayrı hissələrində 14 əməliyyat keçirmişəm, amma heç vaxt xarici həkimlərə müraciət etməmişəm".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-06-2026