Mobil versiya
Paşa Hadıyev: Aqrar sahədə böyük addımlar atılıb
Tarix: 01-06-2026 | Saat: 14:36
Bölmə:Siyasət | çapa göndər

Paşa Hadıyev: Aqrar sahədə böyük addımlar atılıb

Cari il mayın 25-də Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş geniş müşavirədə aqrar sektorun mövcud vəziyyəti, qarşıda duran əsas vəzifələr, ərzaq təhlükəsizliyi, su təminatı, fermerlərin problemləri və kənd təsərrüfatının dayanıqlı inkişafı məsələləri geniş müzakirə olunub.

Ölkə Başçısı çıxışında bildirib ki, kənd təsərrüfatının inkişafı Azərbaycan üçün yalnız iqtisadi məsələ deyil, həm də sosial sabitlik, məşğulluq və ərzaq təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə aqrar sahənin inkişafı istiqamətində böyük addımlar atılıb, fermerlərə subsidiyalar verilib, texnika təminatı yaxşılaşdırılıb və kənd yerlərində infrastruktur layihələri həyata keçirilib.

Aqroparkların yaradılması kənd təsərrüfatının inkişafında çox böyük rol oynamışdır. Buna baxmayaraq, buğda istehsalı və onun özünü təminetmə əmsalı bizdə artmır. Daxili istehsal 1 milyon 573 min ton, idxal 1 milyon 267 min ton. Bax, bu idxalı biz azaltmalıyıq. Təbii ki, bizim coğrafiyamızı nəzərə alaraq, əkin sahələrini nəzərə alaraq, digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin zəruriliyini nəzərə alaraq, biz hədəf qoymamalıyıq ki, 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edək. Ancaq hər halda 55 faiz qəbuledilməz rəqəmdir və bu, mütləq artmalıdır.

Digər dənlilər üzrə vəziyyət prinsip etibarilə müsbətdir, özümüzü 95 faiz təmin edirik və idxal da çox cüzidir. Daxili istehsal 23 min ton, idxal 15 min ton. Yəni özümüzü təminetmə indeksi 63 faizdir. Kartof. Özümüzü 91 faiz təmin edirik, 160 min ton idxal edirik. Ancaq onu da bildirməliyəm ki, 71 min ton da ixrac edirik. Ona görə burada, yəni kəsir o qədər də böyük deyil. Kartof istehsalının artırılması üçün də imkanlar var və biz idxalı tamamilə aradan götürməliyik və həm özümüzü təmin etməliyik, eyni zamanda, daha böyük həcmdə ixrac etməliyik.

Torpaqlardan səmərəli istifadə məsələsinə gəlincə burada məqsəd məhsuldarlığı maksimum artırmaq və torpaqların dəqiq analizini aparmaqdır ki, hansı ərazidə hansı torpaq sahəsində hansı məhsulun yetişdirilməsi daha məqsədəuyğun ola bilər. Burada, əlbəttə ki, rayonlaşma məsələləri çox önəmlidir. Amma bilirəm ki, bəzi hallarda bir rayonda fərqli torpaq sahələrində torpağın keyfiyyəti də fərqlidir. Ona görə demək ki, filan rayonda ancaq bu məhsul yetişdirilsin, başqa məhsul yetişdirilməsin, düzgün olmaz. Təbii ki, hər bir sahə üzrə dəqiq analiz aparılarkən onun elektron versiyası, müxtəlif dəqiqləşdirmə üsulları, yeni texnologiyalardan istifadə edilməlidir, o cümlədən süni intellekt, peyk imkanları, yerlərdə aparılan tədqiqat. Ölkə ərazisi o qədər də böyük deyil. Ona görə bunu etmək çətin olmayacaq. Müəyyən işlər görülüb.

Dövlət Başçısı yerli istehsalın artırılmasının vacibliyini vurğulayaraq bildirib ki, idxaldan asılılığın minimuma endirilməsi əsas məqsədlərdən biridir. Xüsusilə taxılçılıq, heyvandarlıq, meyvəçilik və tərəvəzçilik sahələrində məhsuldarlığın artırılması üçün yeni proqramların hazırlanmalıdır.

Müşavirədə işğaldan azad olunmuş ərazilərin kənd təsərrüfatı potensialı da xüsusi vurğulanıb. Prezident İlham Əliyev bildirib ki, Qarabağ və Şərqi Zəngəzur bölgələri münbit torpaqlara və geniş su ehtiyatlarına malikdir. Həmin ərazilərdə müasir aqrar komplekslərin yaradılması, ağıllı kənd layihələrinin həyata keçirilməsi və innovativ texnologiyaların tətbiqi nəzərdə tutulur. Dövlət Başçısı qeyd edib ki, bu ərazilərin kənd təsərrüfatı dövriyyəsinə qaytarılması Azərbaycanın ümumi aqrar istehsal gücünü əhəmiyyətli dərəcədə artıracaq.

Kənd təsərrüfatı sahəsində həyata keçirilən və planlaşdırılan islahatlar Azərbaycanın iqtisadi modelində mühüm dəyişikliklərin baş verdiyini göstərir. Aqrar sektor artıq yalnız daxili istehsal sahəsi deyil, həm də ixrac yönümlü, rəqabətqabiliyyətli və innovativ iqtisadi platformaya çevrilməkdədir.

Paşa Hadıyev
YAP Qazax rayon təşkilatının sədr müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-06-2026