Səttar Möhbalıyev: "Böyük Qaladərəsinə qayıdış Zəfərin sosial-siyasi təntənəsi və Qarabağın yeni həyat mərhələsidir"
Tarix: 01-06-2026 | Saat: 11:23
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycan Respublikasının cənab Prezidenti İlham Əliyevin Şuşa rayonunun Böyük Qaladərəsi kəndinə səfəri və kənd sakinləri ilə görüşü təkcə bir yaşayış məntəqəsinin bərpası hadisəsi deyil, bütövlükdə Azərbaycanın Qarabağ siyasətinin mahiyyətini nümayiş etdirən mühüm siyasi və mənəvi hadisə kimi qiymətləndirilməlidir. Bu səfər dövlətin əsas prioritetinin yalnız ərazilərin azad olunması deyil, həm də həmin torpaqlarda həyatın yenidən qurulması, insanların doğma yurdlarına ləyaqətlə qaytarılması olduğunu bir daha ortaya qoydu.
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Fikirlərini davam etdirən millət vəkili bildirib ki, Böyük Qaladərəsi kəndi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, 2023-cü ilin antiterror tədbirləri nəticəsində tam nəzarətə götürülmüşdür. Bu gün isə həmin kənddə həyat yenidən başlayır. Elektrik, qaz, içməli su, yol və rabitə infrastrukturlarının qurulması, fərdi evlərin bərpası və sakinlərin mərhələli şəkildə geri qayıdışı göstərir ki, “Böyük Qayıdış” proqramı artıq praktik nəticələr verir. Kənddə 50 fərdi evdən 17-nin artıq bərpa olunması, daha 20 evin növbəti mərhələdə yenidən qurulmasının planlaşdırılması dövlətin sistemli və mərhələli yanaşmasını nümayiş etdirir. İlk mərhələdə 14 ailənin — 64 nəfərin doğma kəndə qayıtması isə uzun illər davam edən həsrətin sona çatmasının real təcəssümüdür. Cənab Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri Qarabağın yalnız bərpa olunmadığı, burada yeni sosial və iqtisadi həyat modelinin formalaşdırıldığı mesajı idi. Dövlət başçısı Böyük Qaladərəsinin həm Şuşaya, həm də Laçına yaxın yerləşməsini, yeni yolların və tunellərin tikilməsini xüsusi vurğulayaraq bölgənin gələcək inkişaf perspektivlərini ön plana çıxardı. Bu yanaşma Qarabağın sadəcə keçmiş məcburi köçkünlərin yerləşdirildiyi məkan deyil, müasir yaşayış və iqtisadi inkişaf zonası kimi nəzərdə tutulduğunu göstərir. Turşsu, Kiçik Qaladərəsi, Sarıbaba kimi yaşayış məntəqələrinin paralel şəkildə bərpası isə regional inteqrasiya strategiyasının tərkib hissəsidir.
Millət vəkili onu da bildirib ki, səfərin ən diqqətçəkən tərəflərindən biri cənab Prezidentlə sakinlər arasında yaranan səmimi və emosional atmosfer idi. Xüsusilə yaşlı qadının “Sənin hesabına gəlmişik”, “Allah səni üstümüzdən əskik etməsin” kimi sözləri təkcə fərdi təşəkkür deyil, məcburi köçkün nəslinin kollektiv hisslərinin ifadəsi kimi yadda qaldı. Bu dialoqlar göstərdi ki, Qarabağa qayıdış prosesi yalnız fiziki köç deyil, həm də mənəvi reabilitasiya prosesidir. İnsanların doğma torpağa ayaq basması, ata-baba ənab Prezident İlham Əliyevin “Buranın havası özü dərmandır” ifadəsi də təsadüfi deyildi. Bu fikir Qarabağın yalnız coğrafi məkan deyil, həm də milli ruhun və mənəvi dirçəlişin simvoluna çevrildiyini göstərirdi. Cənab Prezidentin çıxışında ən mühüm siyasi xətt Azərbaycanın tam suveren dövlət kimi formalaşması ideyası oldu. Dövlət başçısı xüsusi olaraq vurğuladı ki, həqiqi müstəqillik yalnız formal dövlətçilik deyil, öz siyasətini milli maraqlar əsasında sərbəst müəyyən etmək qabiliyyətidir. Bu baxımdan Böyük Qaladərəsində səsləndirilən fikirlər təkcə kənd sakinlərinə deyil, bütövlükdə regiona və beynəlxalq auditoriyaya ünvanlanan siyasi mesaj idi. Azərbaycan artıq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, regionda yeni reallıq formalaşdırmış dövlətdir. Cənab Prezidentin “Bu gün Azərbaycan ərazisində hər qarış torpaq bizim nəzarətimizdədir” bəyanatı postmüharibə mərhələsinin yekun siyasi formulunu ifadə edir. Cənab Prezident İlham Əliyevin çıxışında diqqət çəkən başqa bir mühüm məqam Zəfərin yalnız hərbi deyil, sosial məzmun daşıdığına dair vurğular idi. Dövlət başçısı qeyd etdi ki, aparılan bütün quruculuq işlərinin məqsədi insanların rahat yaşaması, ailə qurması, uşaqlar böyütməsi və təhlükəsiz mühitdə gələcəyə inamla yaşamasıdır. Bu yanaşma göstərir ki, Azərbaycan Qarabağı yalnız geosiyasi uğur kimi deyil, milli rifah və insan təhlükəsizliyi layihəsi kimi görür.
Böyük Qaladərəsi kəndinə qayıdış həm də simvolik məna daşıyır. Uzun illər işğal altında qalan bir kənddə Azərbaycan bayrağının dalğalanması, sakinlərin öz evlərinə dönməsi və cənab Prezidentin həmin insanlarla birlikdə bayram qeyd etməsi yeni tarixi mərhələnin siyasi manifestidir. Bu səfər göstərdi ki, Qarabağ məsələsi artıq keçmişin faciəsi deyil, gələcəyin inkişaf və quruculuq gündəliyidir. Azərbaycan dövləti azad edilmiş torpaqlarda həyatın bərpasını milli prioritetə çevirərək regionda yeni sosial-siyasi reallıq formalaşdırır. Böyük Qaladərəsində səslənən “Biz qayıtdıq” mesajı artıq yalnız bir kəndin deyil, bütövlükdə Qarabağın yeni tarixinin başlanğıcıdır-deyə Səttar Möhbalıyev fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər