Mobil versiya
Ərdoğan Avropanın “ən zəif nöqtəsini” açıqladı
Tarix: 10-05-2026 | Saat: 12:00
Bölmə:Dünya | çapa göndər

Ərdoğan Avropanın “ən zəif nöqtəsini” açıqladı


Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan Avropa Günü münasibətilə yayımladığı müraciətdə Avropa Birliyinin Türkiyəyə ehtiyacının daha böyük olduğunu bildirib.

"aia.az" xəbər verir ki, Ərdoğan qlobal miqyasda davam edən müharibələr, siyasi böhranlar və iqtisadi çətinliklərin Avropa Birliyini daha əhatəli və birləşdirici siyasət yürütməyə məcbur etdiyini deyib.

Türkiyə lideri vurğulayıb ki, AB-yə namizəd ölkə olan Türkiyə bu prosesin əsas və əvəzolunmaz hissəsi olaraq qalır.

“Bu gün gəlinən nöqtədə Türkiyənin layiq olduğu yeri almadığı Avropa memarlığının natamam qalacağı və böhranları idarə etmək imkanlarında zəiflik yaşayacağı açıqdır”, - deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti əlavə edib ki, Avropa Birliyinin Türkiyəyə ehtiyacı, Türkiyənin Birliyə olan ehtiyacından daha çoxdur və gələcəkdə bu ehtiyac daha da artacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-05-2026