Goranboyda ƏHALİYƏ GÖSTƏRİLƏN ÖDƏNİŞLİ XİDMƏTLƏR
Tarix: 05-05-2026 | Saat: 10:36
Bölmə:Özəl | çapa göndər

2026-cı ilin yanvar-mart aylarında əhaliyə 13115,2 min manat dəyərində ödənişli xidmət göstərilmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,9 faiz çox olmuşdur.
Hüquqi şəxslər tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ümumi yekununa 37,6 faizini təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,2 faiz azalaraq 4932,6 min manat olmuşdur. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların əhaliyə göstərdiyi ödənişli xidmətlərin dəyəri isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 17,8 faiz artaraq 8182,6 min manat olmuşdur.
Əhaliyə göstərilən ödənişli xidmətlərin 35,0 faizi və ya 4592,6 min manatı dövlət, 65,0 faizi və ya 8522,6 min manat isə qeyri-dövlət mülkiyyətinin payına düşür.
2026-cı ilin yanvar-mart aylarında 1672,6 min manatlıq məişət xidməti göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,9 faiz çox olmuşdur. Məişət xidmətləri ödənişli xidmətin ümumi dəyərinin 12,8 faizini təşkil edir. Məişət xidmətinin həcminin 2,4 min manatı və ya 0,1 faizi hüquqi şəxslərin, 1670,2 min manatı və ya 99,9 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar hesabına formalaşmışdır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
04-05-2026