Mobil versiya
Avropadan sifariş: Baykar yeni nəsil təyyarə satdı
Tarix: 25-04-2026 | Saat: 23:29
Bölmə:Dünya | çapa göndər



İtaliyanın "Piaggio Aerospace" aviasiya konserni, ana şirkəti "Baykar" olan qurum kimi, yeni nəsil P.180 Avanti NX təyyarəsi üçün ilk sifarişini əldə edib.

aia.az xəbər verir ki, adı açıqlanmayan Avropa operatoru Almaniyada keçirilən "Aero Friedrichshafen 2026" sərgisində təqdim edilən modernləşdirilmiş təyyarədən iki ədəd almaq barədə razılaşma imzalayıb.

Məlumata görə, təyyarə xüsusi tibbi modullarla – o cümlədən xərək sistemləri ilə təchiz olunacaq. Bu isə onu sanitar aviasiya və tibbi evakuasiya missiyaları üçün uyğunlaşdırmağa imkan verəcək.

Bu sifariş "Piaggio Aerospace" üçün mühüm mərhələ hesab olunur. Şirkət son illərdə qlobal aerokosmik sektorda mövqelərini bərpa etməyə çalışır və yeni müqavilə bu istiqamətdə ciddi irəliləyiş kimi qiymətləndirilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2026