Mobil versiya
Qayınatasının çənəsini sındırdı - Məhkəməlik oldu
Tarix: 23-04-2026 | Saat: 09:51
Bölmə:Ölkə | çapa göndər

Qayınatasının çənəsini sındırdı -

Binəqədi Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərərvurmada təqsirləndirilən Bağır Səmədovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

aia.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Aynurə Sadıqovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Milli Məclisin Qərarı tətbiq edilməklə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunub və onun barəsindəki cinayət təqibinə xitam verilib.

İttihama görə, hadisə 2025-ci il martın 6-da saat 13 radələrində paytaxtın Binəqədi rayonunda baş verib.

Belə ki, Bağır Səmədov evinin həyətində qayınatası, zərərçəkmiş İldırım Məlikovla (adı və soyadı şərtidir) aralarında yaranmış münaqişə zamanı sonuncuya xəsarət yetirib.

Araşdırmalarla müəyyən edilib ki, münaqişə tərəflər arasında şəxsi münasibətlərin pozulması zəminində, xüsusilə də təqsirləndirilən şəxsin öz övladları ilə görüşməsinə icazə verilməməsi səbəbindən yaranıb. Mübahisə zamanı Bağır Səmədov qayınatasına qarşı fiziki zor tətbiq edərək ona yumruq zərbələri endirib.

Nəticədə İldırım Məlikov çənənin hər iki mental və sol oynaq çıxıntısının yerdəyişən sınıqları ilə müşayiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarətləri alıb.

İstintaq materiallarına əsasən, qeyd olunan xəsarətlər zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmasa da, Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan ağır nəticələrə səbəb olmayıb, lakin sağlamlığın uzun müddətə pozulması ilə nəticələndiyi üçün az ağır zərər kimi qiymətləndirilib.

Faktla bağlı Bağır Səmədov əməli qəsdən sağlamlığa az ağır zərər vurma kimi tövsif olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2026