Mobil versiya
Rusiya Azərbaycana TƏŞƏKKÜR ETDİ
Tarix: 15-04-2026 | Saat: 10:21
Bölmə:Manşet / Siyasət | çapa göndər

Rusiya Azərbaycana

Rusiya vətəndaşlarının İrandan təxliyə edilməsi prosesində Bakı və İrəvan Moskvaya ciddi dəstək nümayiş etdirib.

aia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin direktoru Aleksey Klimov TASS-a verdiyi müsahibəsində bildirib.

Diplomat qeyd edib ki, Ermənistan və Azərbaycan həmvətənlərinin təhlükəsiz şəkildə çıxarılmasında əhəmiyyətli rol oynayıblar.

Klimovun sözlərinə görə, rəsmi Bakı Rusiya tərəfi üçün xüsusi güzəştə gedib.

"Azərbaycan tərəfi Rusiyanın Tehrandakı səfirliyinin əvvəlcədən təqdim etdiyi müraciət əsasında, 2020-ci ildən bəri fərdi keçidlər üçün bağlı olan "Astara" sərhəd-keçid məntəqəsindən rusiyalıların istifadə etməsinə şərait yaradıb", - deyə Aleksey Klimov vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2026