Saxta ƏDV çekləri ilə nazirliyə ziyan vurmaqda təqsirləndirilənlərin işində YENİ DETALLAR
Tarix: 31-03-2026 | Saat: 17:32
Bölmə:Karusel / Ölkə | çapa göndər

Maliyyə Nazirliyinə qarşı dələduzluq etməkdə təqsirləndirilən Elnur Əzimov, Emin Adıgözəlov və Nazim Qarayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
AİA.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən Elnur Əzimovun sərbəst ifadəsi dinlənilib.
E.Əzimov istintaqın qərəzli aparıldığını, sənədlərdəki imzaların ona məxsus olmadığını iddia edib:
"Günel adlı bir xanımla şəxsi münasibətlərim var idi. O, Şamil Kamil oğlu ilə əlbir olaraq ƏDV çeki (ƏDV geri almaq üçün kassa çeki - red.) çap edib satırdılar. Mənim bu işlərlə heç bir əlaqəm yoxdur. Mənimlə birlikdə təqsirləndirilən şəxslərin heç birini tanımıram. İstintaqda verdiyim ifadə mənim deyil. Atılan imza da mənim deyil".
Məhkəmənin növbəti iclası aprelin 28-nə təyin edilib.
Qeyd edək ki, Maliyyə Nazirliyi iş üzrə zərərçəkmiş qismində tanınıb.
Nazim Qarayev, Emin Adıgözlov və Elnur Əzimova Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma - xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Onu da nəzərə çatdıraq ki, Elnur Əzimov digər cinayət işi ilə bağlı 2025-ci ilin mayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, həmin iş üzrə məhkəmə heyətinə sədrlik etmiş Azad Məcidovun hakimlik fəaliyyəti bu prosesdən sonra başa çatıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər