Mobil versiya
YAP Gədəbəy rayonunun Söyüdlü kənd ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib -Fotolar
Tarix: 04-02-2026 | Saat: 16:34
Bölmə:Özəl | çapa göndər

YAP Gədəbəy rayonunun Söyüdlü kənd ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib

Yığıncaqda YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.

aia.az xəbər verir ki, Yığıncağı giriş sözü ilə açan YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev Yeni Azərbaycan Partiyasının Ümummilli Lider Heydər Əliyevin siyasi irsi əsasında yaradıldığını və fəaliyyət göstərdiyi dövrdə ölkənin ictimai-siyasi həyatında aparıcı mövqe qazandığını bildirib. Çıxışda qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vətən müharibəsində əldə edilmiş Qələbədən sonra yaranmış yeni reallıqlar şəraitində Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə doğru inamla irəliləməsi həyata keçirilən siyasətin nəticəsidir.

Yığıncaqda çıxış edən Vahid Ocaqverdiyev, Nahidə Bağırova və İlham Səfərov Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsində və davamlı inkişafında mühüm rol oynadığını vurğulayıb, partiyanın ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvə olduğunu qeyd ediblər.
Daha sonra ərazi partiya təşkilatının hesabat dövrü ərzində fəaliyyəti barədə hesabat məruzəsi dinlənilib. Məruzə ətrafında aparılan müzakirələr zamanı ərazi partiya təşkilatının fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

Yığıncaqda təşkilati məsələlərə baxılıb. Partiya üzvlərinin səsverməsi nəticəsində Vahid Əsgərov Söyüdlü kənd ərazi partiya təşkilatının sədri, Pərviz Sadıqov isə sədrin müavini seçilib.

Yığıncağın sonunda YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev yeni seçilmiş sədr və sədr müavinini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və partiya üzvlərini təşkilatın fəaliyyətində daha fəal iştirak etməyə çağırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-02-2026