Mobil versiya
Zaxarova Trampın Qrenlandiya ilə bağlı açıqlamalarına münasibətin bildirib
Tarix: 21-01-2026 | Saat: 21:50
Bölmə:Özəl | çapa göndər

Zaxarova Trampın Qrenlandiya ilə bağlı açıqlamalarına münasibətin bildirib
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Danimarka və Kanadanın ABŞ-ın mümkün təcavüzkar hərəkətlərinə cavab olaraq NATO-dan kömək istəyib-istəməyəcəyi ilə maraqlanıb. Zaxarova bu barədə Telegram kanalında yazıb.
Zaxarovanın sözlərinə görə, NATO Nizamnaməsinin 1-ci maddəsində alyansın bütün üzvlərinin beynəlxalq mübahisələri sülh yolu ilə həll etməli və güc tətbiq etməməlidirlər. Diplomat həmçinin qeyd edib ki, Kanada və Danimarka, ABŞ ilə yanaşı, NATO-nun təsisçi üzvləri arasındadır.

"Sizcə, Kopenhagen və Ottava NATO-nun qərargahına ABŞ-dan qorunmaq üçün müraciət edəcəklərmi? Xatırlatmaq istəyirəm ki, Kanada və Danimarka ABŞ qədər Alyansın "valideynləri"dir və hamısı yuxarıda qeyd olunan müqaviləni eyni gündə - 4 aprel 1949-cu ildə imzalayıblar", - deyə o yazıb.

Daha əvvəl Zaxarova Belçika Baş nazirinin Avropanın kölələşdirilməsi ilə bağlı fikirlərinə münasibət bildirib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-01-2026