Ana Sayfa > Özəl > Zaxarova Trampın Qrenlandiya ilə bağlı açıqlamalarına münasibətin bildirib
Zaxarova Trampın Qrenlandiya ilə bağlı açıqlamalarına münasibətin bildiribDünən, 21:50. Yazar: sevinc1 |
![]() Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Danimarka və Kanadanın ABŞ-ın mümkün təcavüzkar hərəkətlərinə cavab olaraq NATO-dan kömək istəyib-istəməyəcəyi ilə maraqlanıb. Zaxarova bu barədə Telegram kanalında yazıb. Zaxarovanın sözlərinə görə, NATO Nizamnaməsinin 1-ci maddəsində alyansın bütün üzvlərinin beynəlxalq mübahisələri sülh yolu ilə həll etməli və güc tətbiq etməməlidirlər. Diplomat həmçinin qeyd edib ki, Kanada və Danimarka, ABŞ ilə yanaşı, NATO-nun təsisçi üzvləri arasındadır. "Sizcə, Kopenhagen və Ottava NATO-nun qərargahına ABŞ-dan qorunmaq üçün müraciət edəcəklərmi? Xatırlatmaq istəyirəm ki, Kanada və Danimarka ABŞ qədər Alyansın "valideynləri"dir və hamısı yuxarıda qeyd olunan müqaviləni eyni gündə - 4 aprel 1949-cu ildə imzalayıblar", - deyə o yazıb. Daha əvvəl Zaxarova Belçika Baş nazirinin Avropanın kölələşdirilməsi ilə bağlı fikirlərinə münasibət bildirib. aia.az Tərcümə şöbəsi Geri dön |