Mobil versiya
“Microsoft” şirkəti “SOCAR Hackathon 2025” tədbirinə rəsmi tərəfdaş kimi qoşulur
Tarix: 08-12-2025 | Saat: 10:28
Bölmə:İqtisadiyyat / Karusel | çapa göndər

“Microsoft” şirkəti “SOCAR Hackathon 2025” tədbirinə rəsmi tərəfdaş kimi qoşulur

“Microsoft” şirkəti “SOCAR Hackathon 2025” tədbirinə rəsmi tərəfdaş kimi qoşulur.
Dünyanın aparıcı texnologiya şirkətlərindən biri olan

“Microsoft”un “SOCAR Hackathon 2025”də iştirakı tədbirin ümumi təcrübəsinin yüksəldilməsində mühüm rol oynayacaq.

Münsiflər heyətində təmsil olunacaq “Microsoft” tədbir çərçivəsində layihələrin qiymətləndirilməsi prosesində qlobal təcrübələrə uyğun olaraq, ədalətli, dərin təhlilə əsaslanan və innovasiyaya yönəlik qiymətləndirmənin təmin edilməsinə töhfə verəcək.
Bunla yanaşı, “Microsoft” “Hackathon” üçün rəqəmsal mühitin inkişafını dəstəkləyəcək, iştirakçılara öz həllərini yaratmaq və təqdim etmək üçün daha təkmilləşdirilmiş alətlər, resurslar və texniki imkanlar təqdim edəcək.

“Microsoft” şirkətinin tədbirə qatılması SOCAR-ın innovasiyaların təşviqi, gənc istedadların inkişafı və yenilikçi ideyaların güclənə biləcəyi ekosistem qurmaq öhdəliyimizi daha da möhkəmləndirir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-01-2026