Türk Dövlətləri Birliyinin Qəbələ sammiti
Tarix: 10-10-2025 | Saat: 10:13
Bölmə:Siyasət | çapa göndər

Türk dövlət başçılarının Zirvə görüşləri 1992-ci ildən – Orta Asiya türk cümhuriyyətləri müstəqillik qazandıqdan sonra – mütəmadi olaraq keçirilir və bu ənənə bu gün də davam etdirilir. Oktyabrın 7-də Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qonaqları qarşılayıb. Görüşdə Prezident İlham Əliyev geniş məruzə ilə çıxış edib. O, bildirib ki, bu tədbirin Azərbaycanın ən qədim şəhərlərindən biri olan Qəbələdə keçirilməsi təsadüfi deyil. Qədim Qəbələ e.ə. IV əsrdə əsası qoyulmuş Qafqaz Albaniyasının paytaxtı olmuşdur. Prezident qeyd edib ki, təşkilatın beynəlxalq səviyyədə nüfuzu günbəgün artır. Ortaq tarixi və etnik köklərlə bir-birinə bağlı olan türk dövlətləri bu gün beynəlxalq aləmdə mühüm yer tutur. İlham Əliyev çıxışında həmçinin vurğulayıb ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının büdcəsinə 2 milyon ABŞ dolları həcmində vəsait köçürmüşdür. Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşləri ilə yanaşı, qeyri-rəsmi görüşlərinin də keçirilməsi artıq bir ənənəyə çevrilmişdir. Prezident qeyd edib ki, bu gün sülh və təhlükəsizlik hər bir ölkənin xarici siyasətinin əsas prioritetlərindəndir. Ötən il Şuşa şəhərində keçirilmiş qeyri-rəsmi Zirvə görüşündə qəbul olunmuş “Qarabağ Bəyannaməsi”nin bu gün Qəbələdə keçirilən sammitin “regional sülh və təhlükəsizlik” mövzusuna uyğunluğu xüsusi vurğulanıb. Prezident İlham Əliyev çıxışında Türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsinin əhəmiyyətini qeyd edib. Cənab Prezident, həmçinin, hərbi əməkdaşlıq məsələsinə toxunaraq, bu sahədə türk dövlətləri arasında birliyin önəmini vurğulayıb. O, xüsusilə, Türkiyə ilə hərbi əməkdaşlıqdan danışaraq, 30 il işğal altında olan torpaqlarımızın azad olunmasında bu əməkdaşlığın rolunu qeyd edib və bununla da Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyini bildirib. İlham Əliyev əlavə edib ki, iki ay əvvəl Vaşinqtonda, Ağ Evdə Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazın sülh diyarına çevrilməsi istiqamətində mühüm addımdır. O vurğulayıb ki, Azərbaycan xalqı işğalı heç vaxt unutmayacaq və şəhidlərimizin əziz xatirəsini daim uca tutacaq. Prezident nəqliyyat və kommunikasiya sahəsində əməkdaşlığın Türk Dövlətləri Təşkilatı çərçivəsində böyük əhəmiyyət daşıdığını qeyd edib. O, Azərbaycanın “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin fəal iştirakçısı olduğunu və bu sahədə böyük nailiyyətlər əldə olunduğunu bildirib. Prezident vurğulayıb ki, ölkəmiz Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi və nəqliyyat baxımından körpü rolunu oynayır. 2022-ci ildən sonra Orta Dəhliz üzrə yükdaşımaların 90 faiz artdığı xüsusi qeyd olunub. Bununla yanaşı, Azərbaycan günəş, külək və su enerjisi kimi bərpa olunan enerji sahələrinə böyük sərmayə yatırmaqda davam edir. Prezident bildirib ki, türk dövlətlərini birləşdirən ortaq tarixi köklər və dil birliyi bizi bir ailə kimi birləşdirir. Prezident İlham Əliyev çıxışında 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultayın 2026-cı ildə 100 illik yubileyinin qeyd olunmasının Türk Dövlətləri Birliyinin daha da möhkəmlənməsinə xidmət edəcəyini bildirib. Çıxışının sonunda Azərbaycan Prezidenti işğaldan azad olunan ərazilərimizin bərpasında göstərdikləri dəstəyə görə bütün türk dövlətlərinə təşəkkürünü bildirib.
Mübariz Rüstəmov
YAP Laçın rayon təşkilatının 55 saylı ƏPT-nin sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-10-2025