Mobil versiya
Naxçıvanla maneəsiz əlaqə regiona faydalı olacaq - Türkiyə Milli Təhlükəsizlik Şurası
Tarix: 01-10-2025 | Saat: 10:00
Bölmə:Manşet / Siyasət | çapa göndər

Naxçıvanla maneəsiz əlaqə regiona faydalı olacaq -

Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz daşımalara imkan yaradacaq nəqliyyat əlaqəsi əhəmiyyət kəsb edir və regionun bütün ölkələri üçün faydalı nəticələr doğuracaq.

aia.az xəbər verir ki, bu fikir Türkiyə Milli Təhlükəsizlik Şurasının sentyabrın 30-da Ankarada keçirilən iclasının yekunlarına dair bəyanatda öz əksini tapıb.

Təhlükəsizlik Şurasının üzvləri Türkiyənin Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətindəki iradəsini vurğulayıblar.

İclas iştirakçıları Ermənistanla normallaşma prosesi ilə yanaşı, Yaxın Şərqdəki vəziyyəti, Kipr, Suriya, İraq və Ukrayna-Rusiya müharibəsi kimi məsələləri də diqqət mərkəzində saxlayıblar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-10-2025