Mobil versiya
Ürək cərrahı olan deputat Cabirin ölümündən yazdı
Tarix: 29-09-2025 | Saat: 16:28
Bölmə:Karusel / Ölkə | çapa göndər

Ürək cərrahı olan deputat Cabirin ölümündən yazdı

"Ürək-damar xəstəlikləri bu gün də qlobal miqyasda ən aktual sağlamlıq problemlərindən biridir. Təəssüf ki, bu gün tanınmış, istedadlı sənətkarımız Cabir İmanov qəfil ürək tutmasından dünyasını dəyişdi".

aia.az xəbər verir ki, bunu ürək-damar cərrahı, deputat Rəşad Mahmudov deyib.

Onun sözlərinə görə, bu acı hadisə bir daha göstərir ki, gənc və sağlam görünən insanlar belə ürək-damar xəstəliklərinin təhlükəsi altındadır.

"Ona görə hər bir kəs üçün mütəmadi tibbi müayinələr, sağlam həyat tərzi, zərərli vərdişlərdən uzaq durmaq, şəkərli diabet və təzyiq kimi risk faktorları ilə mübarizə həyati əhəmiyyət daşıyır".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-09-2025