Mobil versiya
DİN: "Yollarda təhlükəsizlik nəzarətdədir" - FOTOLAR
Tarix: 29-09-2025 | Saat: 11:48
Bölmə:Manşet / Ölkə | çapa göndər

DİN:

III MDB Oyunları çərçivəsində ölkəmizin bir neçə şəhərində müxtəlif idman növləri üzrə yarışlar keçirilir. Yarışlara çoxsaylı tamaşaçı və iştirakçılar qatıldığından, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti daim diqqət mərkəzində saxlanılır.

aia.az xəbər verir ki, Daxili İşlər Nazirliyi tərəfindən yarışların keçirildiyi ərazilərdə təhlükəsizliyin təmin olunması və nəqliyyatın fasiləsiz hərəkətinin təşkili məqsədilə yol polisi əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar. Bu çərçivədə yarış zonalarına giriş-çıxışların tənzimlənməsi, nəqliyyat axınının maneəsiz hərəkətinin təmin olunması və mümkün sıxlıqların qarşısının alınması istiqamətində bütün zəruri tədbirlər görülür.

Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından xahiş olunur ki, yol nişanlarına və qaydalara ciddi riayət etsinlər və yarışların təhlükəsiz, maneəsiz keçirilməsinə dəstək versinlər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-09-2025