BMT TRİBUNASINDAN ZƏFƏR VƏ SÜLH MANİFESTİ
Tarix: 29-09-2025 | Saat: 10:38
Bölmə:Karusel / Manşet / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər

Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 sentyabr 2025-ci il tarixində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı ölkənin hərbi qələbədən sonra sülh quruculuğu, regional əlaqələr və qlobal məsələlərə töhfə vermək istiqamətindəki yeni dövrünü əks etdirən əsaslı bəyanat oldu. Cənab Prezident bu kürsüdən uzun illər Azərbaycanın başına gətirilən təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışdığını, lakin bu gün qələbəyə və sülhə aparan uzun yoldan, ölkə tarixində yeni dövrdən danışacağını bildirdi. Ölkəmizin başçısı bildirdi ki, otuz ilə yaxın müddətdə Azərbaycanın suveren ərazisinin təqribən iyirmi faizi Ermənistanın hərbi işğalı altında qaldı və onların həyata keçirdiyi etnik təmizləmə siyasəti və hərbi cinayətlər nəticəsində bir milyon azərbaycanlı öz yurd-yuvasından didərgin salındı, onların fundamental insan hüquqları kobud şəkildə pozuldu. Cənab Prezident BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunsa da, Ermənistanın beynəlxalq ictimaiyyət tərəfindən heç bir sanksiyaya məruz qalmadığı üçün bu qətnamələrə nümayişkaranə şəkildə məhəl qoymadığını diqqətə çatdırdı. Həmçinin, 1992-ci ildə münaqişənin həlli üçün təsis edilmiş ATƏT-in Minsk qrupunun öz missiyasını yerinə yetirə bilmədiyi, həmsədrlərin beynəlxalq hüququn norma və prinsiplərini təmin etmək əvəzinə status-kvonu qoruyub saxlamağa çalışdığı vurğulandı. Otuz ilə yaxın müddətdə davam edən səmərəsiz danışıqlardan sonra Azərbaycan 2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməyə məcbur oldu. Müharibə zamanı Ermənistanın şəhər və kəndlərimizə ballistik raketlər atması, 100-dən çox mülki vətəndaşımızı qətlə yetirməsi qeyd edilərək bunun əksinə, Azərbaycanın müharibəni beynəlxalq humanitar hüquqa tam riayət etməklə apardığı, mülki şəxslərin mühafizəsini təmin etdiyi bildirildi.

Cənab Prezident İlham Əliyev 2020-ci il noyabrın 10-u tarixinin Ermənistanın kapitulyasiyası və təqribən 30 ilə yaxın işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşdüyünü qeyd etdi. Azərbaycan Zəfər müharibəsindən dərhal sonra ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi və beynəlxalq hüquqa əsaslanan beş təməl prinsip irəli sürdü. Bildirildi ki, danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına görə müsbət nəticələr verdi və bu il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə sülh müqaviləsinin mətnini parafladılar. Həmin gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Birgə Bəyanat imzaladılar. Bundan əlavə, tərəflərin artıq sülh prosesinə aidiyyəti olmayan köhnəlmiş mexanizm kimi ATƏT-in Minsk qrupunun və əlaqədar strukturlarının bağlanması üçün birgə müraciət ünvanladığı, sentyabrın 1-də ATƏT-in bu strukturların birdəfəlik bağlanması barədə qərar qəbul etdiyi elan edildi. Regional bağlantılar davamlı sülh istiqamətində baxışlarımızın əsasını təşkil edir və Vaşinqton Sammitinin mühüm nəticələrindən biri kimi, Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) qeyd olundu. Vaşinqton Sammiti həmçinin Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarədir. Prezident Trampla birgə Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması siyasi, iqtisadi, enerji, regional bağlantılar, müdafiə, təhlükəsizlik və digər sahələrdə tərəfdaşlıq üçün yeni üfüqlər açır. Prezident Trampın 1992-ci ildə Azadlığa Dəstək Aktına 907-ci düzəliş şəklində Azərbaycana qarşı tətbiq olunmuş sanksiyaların icrasını dayandırması qərarı da tarixi addımdır, lakin ABŞ Konqresinin 907-ci düzəlişi birdəfəlik ləğv etməsi ikili standartların mirasına son qoymaqla etimad və əməkdaşlığı möhkəmləndirərdi. Cənab Prezident Trampa yeni səhifə açdığına və sülh prosesinə dəstəyinə görə təşəkkürünü bildirdi.
Azərbaycan 2020-ci ildə Vətən müharibəsində Qələbədən dərhal sonra azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma proqramına start verdi. Ermənistan işğal dövründə yüzlərlə şəhər və kəndimizi yerlə-yeksan etdi, 65 məscidi məqsədli şəkildə dağıtdı. Biz isə yerlə-yeksan edilmiş kənd və şəhərləri yenidən qururuq və “Böyük Qayıdış” Proqramı çərçivəsində artıq 50 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır. Postmünaqişə dövründə Azərbaycanın qarşısında duran ən ağır humanitar problemlərdən biri isə Ermənistanın işğalı dövründə yerləşdirilmiş mina təhlükəsidir. 2020-ci ilin noyabrından bu günədək 400-dən çox azərbaycanlı mülki şəxs və hərbçi mina partlayışları nəticəsində həlak olub və ya ağır yaralanıb. Eynilə, 1990-cı illərin əvvəllərindən bəri Ermənistanın təcavüzü və işğalı zamanı itkin düşmüş dörd minə yaxın azərbaycanlının faciəli taleyi xüsusi diqqət və tədbir görülməsini tələb edir.
Qlobal çağırışlara gəldikdə, Azərbaycan bir çox təşəbbüslərlə dayanıqlı həll variantlarının təşviqinə aydın sadiqliyini göstərdi və ötən il COP29-a ev sahibliyi etməkdən qürur duydu. COP29-da qəbul edilmiş, Bakı Maliyyə Hədəfi kimi də tanınan Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) qlobal iqlim maliyyəsində tarixi mərhələdir və inkişaf etmiş ölkələrin dövlət mənbələrindən inkişaf etməkdə olan ölkələrə illik iqlim maliyyələşdirmə hədəfini 2035-ci ilə qədər ən azı 300 milyard ABŞ dollarına çatdırmağı nəzərdə tutur.
Cənab Prezident Əliyev yaşıl keçidə ciddi şəkildə sadiq qalmaqla yanaşı, qarşımıza real olmayan hədəflər qoymamalı olduğumuzu və dünyanın bu gün və yaxın gələcəkdə mədən yanacaqları olmadan yaşaya bilməyəcəyini xüsusi vurğuladı.
Qeyd edildi ki, Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyib və hazırda 14 ölkəyə təbii qaz ixrac edir ki, bu da Avropada enerji təhlükəsizliyinin təmin edilməsində strateji rolumuzu əks etdirir. Həmçinin, bu ilin avqust ayından Azərbaycan Türkiyə ərazisindən Suriyaya təbii qaz tədarük etməyə başlayıb. Ölkənin 2030-cu ilə qədər enerji istehsalının təxminən 40 faizi bərpaolunan mənbələr hesabına təmin ediləcək. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri kimi bağlantı layihələri ölkəmizdən keçir və 2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımalarda təqribən 90 faiz artım qeydə alınıb. Azərbaycan “Rəqəmsal İpək Yolu” kimi əhəmiyyətli layihə vasitəsilə regional rəqəmsal mərkəzə çevrilmə təşəbbüsünü irəlilədir.
İqtisadi uğurlardan bəhs edərkən, yoxsulluğun və işsizliyin tarixi minimum həddə – 5 faizə endirilməsi ölkəmizin daha bir nailiyyəti kimi qeyd olundu. Qeyri-neft sektorunun inkişafına diqqət yetirməklə mühüm iqtisadi artıma nail olunub, xarici borcumuz ÜDM-in cəmi 6,5 faizini təşkil edir və valyuta ehtiyatları xarici borcumuzdan təxminən 16 dəfə artıqdır. Eyni zamanda, Xəzər dənizinin su ehtiyatının azalması probleminin davam etdiyi və bunun iqlim dəyişməsi deyil, gözlənilməz nəticələri olan ekoloji faciə olduğu vurğulandı.
Cənab Prezident Azərbaycanın təbii fəlakətlərdən, münaqişələrdən və səhiyyə sahəsində böhranlardan zərər çəkən ölkələrə humanitar yardım göstərməsi ilə qürur duyduğunu bildirdi. Azərbaycanın yeni bir dövrə qədəm qoyduğu, həm müharibəni udduğu, həm də sülhü qazandığı, ədalətin zəfər çaldığı və sülhün de-fakto təmin olunduğu qeyd edildi. Son illərdə əldə edilən nailiyyətlərin təkcə Azərbaycanın uğuru deyil, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutu olduğu vurğulandı.
Cənab Prezident sonda bütün ölkələri birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya qurmağa çağırdı.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər