Tamam Cəfərova: “Hər bir şəhidimizin qəhrəmanlığı və fədakarlığı xalqımızın milli kimliyinin formalaşmasında mühüm rol oynayır”
Tarix: 27-09-2025 | Saat: 10:11
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycan tarixinə qızıl hərflərlə yazılan, xalqımızın qəhrəmanlıq və qürur simvoluna çevrilən 44 günlük Vətən müharibəsi 2020-ci il 27 sentyabrda başlandı. Məhz bu gün – Ermənistanın yeni təxribatına cavab olaraq Azərbaycan Ordusunun əks-hücuma keçdiyi gün tariximizin dönüş nöqtəsi oldu. Bu gün həm də Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsini yad etdiyimiz, xalqın birliyini və Ordunun qüdrətini təcəssüm etdirən Anım Günüdür. Cənab Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncama əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin hörmət əlaməti olaraq, 27 sentyabr – Vətən müharibəsinin başladığı gün, Azərbaycan Respublikasında Anım Günü elan etmişdir. Dövlətimizin bu addımı şəhidlərimizin, qəhrəmanlarımızın ruhuna, onların doğmalarına göstərdiyi dərin hörmət və ehtiramın ən bariz göstəricisidir.
27 sentyabr – Anım Günü xalqımızın tarixində dərin izlər buraxmış və qəhrəmanlıq salnaməsində xüsusi yer tutan şanlı səhifələrdən biridir. Həmin gün şəhidlərimizin müqəddəs xatirəsi anılır, xalqımızın qəhrəmanlıq salnaməsi yad edilir və gələcək nəsillərə Vətən sevgisi, azadlıq idealları və milli birlik örnəyi ötürülür. Anım Günü həm də vətənpərvərlik dəyərlərinin yaşadılması və tarixi yaddaşın qorunmasında xüsusi əhəmiyyət kəsb edir. Hər bir şəhidimizin qəhrəmanlığı və fədakarlığı isə xalqımızın milli kimliyinin formalaşmasında mühüm rol oynayır.
Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Fikirlərinin davamı olaraq, millət vəkili Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2021-ci il senytabrın 27-də xalqa müraciəti zamanı dediyi fikirləri xatırlatmışdır: “Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib”.
T.Cəfərova bildirib ki, 30 ilə yaxın davam edən işğal dövrü ərzində Ermənistan işğalçı siyasətini davam etdirmiş, ərazilərimizdə təxribatlar törətmiş, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açmış, onların rahat yaşamasına imkan verməmişdir. 2016-cı il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını nümayiş etdirmişdir. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmamış, Azərbaycana qarşı diversiyaları davam etdirmiş, erməni siyasətçiləri aşağılayacı və təxribatçı bəyanatlar vermişlər. Beləliklə, 30 ildir həsrətində olduğumuz Qarabağın işğaldan azad olunmasına yönəlik fəaliyyətimiz sentyabr ayının 27-də “Dəmir yumruq” əks-hücum əməliyyatları ilə başlayaraq, 44 günlük İkinci Qarabağ-Vətən Müharibəsinə çevrildi, Qarabağın incisi Şuşanın işğaldan azad olunması ilə bitdi. Uğurlu döyüş əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edidi, müzəffər Azərbaycan Ordusu erməni silahlı qüvvələri və Qarabağda formalaşan terror qruplaşmalarını darmadağın etdi.
Həmin ilin 10 noyabr tarixində Ermənistanın Rusiya Federasiyasına rəsmi müraciət etməsindən sonra Rusiyanın bilavasitə iştirakı və hər üç dövlət başçılarının razılaşması ilə müharibə dayandırıldı, Azərbaycan-Ermənistan arasında özündə 9 bəndi əks etdirən bəyannamə qəbul olundu, beləliklə Ermənistan kapitulyasiya aktına imza atdı. Ermənistanın baş naziri Nikol Paşinyanın qeyd etdiyi kimi, Ermənistanın Şanlı Ordumuz qarşısında məğlubiyyəti qəbul etməkdən başqa çıxış yolu yox idi. Buna görə də işğalçı tərəf məğlub olduğunu etiraf etdi və münaqişə rəsmi olaraq dayandırıldı. Hərbi müstəvidə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı. Cəmi 44 gün davam edən Müharibə, qəhrəman zabit və əsgərlərimizin şücaəti qədribilən xalqımızın yüzillik arzularını gerçəyə çevirdi, işğal altında olan torpaqlarımız azad edildi, tarixi ədalət bərpa olundu. Bu savaşın ilk günündən yüzlərlə vətənpərvər Azərbaycan gənci böyük həvəslə, coşqu və vətənpərvərliklə könüllü olaraq cəbhəyə yollandı, düşmənlə qəhrəmancasına vuruşdu. Sözsüz ki, müharibənin öz qanunları var. Əgər müharibə varsa – şəhid də var, qazi də, itki də. Təəssüflər olsun ki, bu müharibə də qurbansız ötüşmədi. 44 günlük savaşda Azərbaycan 3 minə yaxın şəhid verdi. Onların hər biri torpaq, bayraq və Vətən uğrunda canından keçərək əbədiyyətə qovuşdu.
Son dövrdə Azərbaycan ilə Ermənistan arasında münasibətlərdə yeni mərhələ başlanmışdır. Azərbaycan regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunması istiqamətində prinsipial və ardıcıl təşəbbüslərlə çıxış edir. Ölkəmiz hər zaman beynəlxalq hüquqa əsaslanan prinsipləri – dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörməti, sərhədlərin toxunulmazlığını, bir-birinin daxili işlərinə qarışmamağı əsas tutaraq danışıqlar prosesinə sadiqlik nümayiş etdirmişdir. Xüsusilə, 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmalar iki ölkə arasında sülh sazişinin imzalanması üçün real hüquqi-siyasi zəmin formalaşdırmışdır. Bu razılaşmalar Azərbaycanın təqdim etdiyi 5 baza prinsipi əsasında regionda dayanıqlı təhlükəsizlik, iqtisadi əməkdaşlıq və qarşılıqlı etimad mühitinin yaradılmasına xidmət edir. Azərbaycanın təşəbbüskarlığı nəticəsində sülh prosesi beynəlxalq miqyasda geniş dəstək qazanmış, ölkəmizin diplomatik uğurları isə yeni geosiyasi reallıqlar fonunda regionda aparıcı güc kimi mövqeyini daha da möhkəmləndirmişdir.
Tamam Cəfərova qeyd edib ki, müzəffər Ordumuzun bu gün yazdığı tarix sabahımız üçün möhkəm bünövrədir. Cənab Prezidentin müvafiq sərəncamında deyildiyi kimi, xalqımız və dövlətimiz mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Bu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə vəfa borcumuzdur. Şübhəsiz ki, Azərbaycan Ordusunun bu tarixi qələbəni qazanmasında xalqın sarsılmaz birliyi və həmrəyliyi mühüm rol oynamışdır. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirmişdir. Azərbaycan xalqı öz Prezidenti və Ordusu ilə birlikdə “dəmir yumruq” olub düşmənin başını əzdi. 44 günlük Vətən müharibəsində hər birimiz Xalq-Ordu-İktidar birliyinin sarsılmaz bütünlüyünün şahidi olduq. Cənab prezidentimizin də dediyi kimi: “Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib”.
Allah bütün şəhidlərimizə rəhmət etsin!
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-09-2025
12:59 27 Sentyabr – Anım Günü