27 Sentyabr – Anım Günü: Tarixin Qanla Yazılmış Ədaləti
Tarix: 27-09-2025 | Saat: 12:50
Bölmə:Siyasət | çapa göndər

Müasir Azərbaycan tarixinin ən mühüm və müqəddəs səhifələrindən biri 2020-ci ilin 27 sentyabr günü başlandı. Bu tarix təkcə yeni hərbi əməliyyatların başlanğıcı deyil, həm də xalqın qürurunun, əzminin və döyüş iradəsinin yenidən doğulduğu gündür. Anım Günü – şəhidlərimizin əbədiyyətə qovuşduğu, lakin millətimizin vicdanında əbədi yaşadığı bir gün olaraq, hər il dərin ehtiramla yad edilir.
1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı başladığı işğalçı müharibə nəticəsində ölkəmizin ərazisinin 20 faizi – Dağlıq Qarabağ və ətraf yeddi rayon – qanunsuz şəkildə işğal olundu. Bu işğal nəticəsində bir milyondan artıq soydaşımız doğma yurd-yuvasından didərgin düşdü.
Rəsmi İrəvanın təməlini Daşnaksutyun partiyasının ifrat millətçi və ekspansionist siyasəti təşkil edirdi. “Dənizdən dənizə Ermənistan” kimi sərsəm və əsassız ideyalar Cənubi Qafqazda sabitliyi pozur, regional əməkdaşlıq imkanlarını sıfıra endirirdi. Ermənistanı bu istiqamətdə dayandırmaq üçün beynəlxalq hüququn bütün vasitələri sınaqdan keçirildi.
Azərbaycan dövləti və xalqı 30 ilə yaxın müddətdə beynəlxalq hüquqa sadiqlik, danışıqlara üstünlük, sülh yolu ilə torpaqların azad olunması siyasətini dəstəklədi. Lakin Ermənistanın təxribatçı addımları, xüsusilə 2020-ci ilin yay və payız aylarında artan hərbi hücumlar göstərdi ki, müharibə artıq qaçılmazdır.
2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Bu günün Anım Günü elan olunması təsadüfi deyil. Çünki həmin gün, dövlətin suverenliyini və xalqın ləyaqətini bərpa etmək uğrunda şəhid olan ilk hərbçilərimizin qanı torpağa qarışdı.
Azərbaycan Ordusunun şücaəti, dəqiqliyi və strateji çevikliyi, Ali Baş Komandan İlham Əliyevin diplomatik və siyasi liderliyi, xalqın isə birliyi və səfərbərliyi sayəsində cəmi 44 gün ərzində misilsiz zəfər qazanıldı. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut və nəhayət, Qarabağın tacı sayılan Şuşa şəhəri işğaldan azad edildi.
“Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı artıq dastana çevrilib.”
— Prezident İlham Əliyev
Anım Günü hər bir azərbaycanlı üçün milli yaddaşın və şəhidlərə sədaqətin təcəssümüdür. Bu gün təkcə bir tarix deyil, bir and, bir məsuliyyət günüdür. Azərbaycan xalqı şəhidlərini sadəcə yad etmir – onların davamçısı olduğunu, qazandığı Qələbənin mənəvi yükünü daşıdığını bəyan edir.
Zəfər Parkı, Şəhidlər xiyabanları, qələbə abidələri, xatirə tədbirləri, medal və ordenlərin təsis olunması, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısı – bütün bunlar Anım Gününün yalnız bir günlük mərasim deyil, davamlı və sistemli dövlət siyasəti olduğunu sübut edir.
Prezident İlham Əliyevin çıxışlarında dəfələrlə vurğuladığı kimi, “Dövlət öz əsgərinin, qazisinin, şəhid ailəsinin yanındadır.” Bu prinsip yalnız söz olaraq deyil, əməli tədbirlərlə təsdiq olunub. Qazilərə müalicə, reabilitasiya, mənzil və sosial təminatla bağlı genişmiqyaslı layihələr icra olunmaqdadır.
“Ən ağır vəziyyətdə olan yaralı əsgərimiz də bilməlidir ki, biz onu normal həyata qaytarmaq üçün əlimizdən gələni edəcəyik.”
Azərbaycan 30 il ərzində beynəlxalq hüquqa və vasitəçilərin çağırışlarına hörmət etsə də, təəssüf ki, beynəlxalq münasibətlər sistemindəki “ikili standartlar” Ermənistanın işğal siyasətinə göz yumulmasına səbəb oldu. Bu vəziyyət Ermənistanı daha da azğınlaşdırdı və 2020-ci ilin yay aylarında Tovuz istiqamətində, daha sonra isə cəbhənin müxtəlif sahələrində yeni təxribatlar törədildi.
Sülhsevər və tolerant xalqımızın “səbir kasasını” daşıran da məhz bu müntəzəm təxribatlar və ədalətsiz beynəlxalq yanaşma oldu. Əslində, Vətən Müharibəsini başlatmaqla Azərbaycan beynəlxalq hüququ öz əli ilə bərpa etdi və dünyaya sübut etdi ki, haqq və ədalət gec-tez qalib gəlir.
Vətən Müharibəsindən sonra Azərbaycan dövləti azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başladı. Füzuli, Zəngilan, Ağdam, Laçın, Qubadlı və digər bölgələrdə ağıllı kəndlər, yeni məktəblər, xəstəxanalar, hava limanları, yollar və dəmir yolları salınır.
Bu, yalnız fiziki infrastrukturun qurulması deyil – ədalətin bərpasının, vətən sevgisinin, tarixi yaddaşın yenidən dirçəlişidir.
27 Sentyabr – Anım Günü, Azərbaycan xalqının tarixi yaddaşında əbədi yer tutan, Qarabağın azadlığı uğrunda canından keçən qəhrəmanların xatirəsinin əbədiləşdirildiyi, milli birliyin və vətəndaş məsuliyyətinin gücləndiyi gündür.
Bu gün biz yalnız şəhidlərimizi anmırıq, həm də özümüzə və gələcək nəsillərə xatırladırıq:
“Qarabağ Azərbaycandır!”
“Şəhidlər ölməz, Vətən bölünməz!”
Kənan Quliyev,
YAP Laçın rayon təşkilatının məsləhətçisi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-09-2025
12:59 27 Sentyabr – Anım Günü