Maraqla dinlənilən çıxış belə də tarixləşdi - DEPUTAT
Tarix: 27-09-2025 | Saat: 09:56
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycan dövlət müstəqiliyi bərpa olunduqdan az sonra – 1992-ci il mart ayının 2-də BMT-yə üzv qəbul edildi. Bu, dünya dövlətlətri sırasında bərabərhüquqluğun təsdiqi idi. Azərbaycan dünaynın əksər dövlətləri ilə ikitərəfli siyasi, iqtisadi, mədəni əlaqələrı sayəsində özünü həm yaxşı tanıtdı, həm də yüksək ehtiramlarla əhatələndi. Elə həmin vaxtlarda Ermənistan ərazi iddiasına görə Azərbaycana qarşı elan etmədən müharibəyə başladı.
Danışıqlardan yayınan Ermənistan regionda status-kvonu saxlamağa çalışırdı, həm də yeni ərazilər işğal etmək məqsədi ilə Azərbaycanın ərazilərinə hücumlar edirdi. 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi, 2023-cü il sentyabrın 20-də ərazi bütövlüyümüz tam bərpa olundu.
Münaqişə adı ilə tanıdılan bu müharibənin həlli üçün ATƏT-in Minsk qrupu təsis edilmişdi. Bu beynəlxalq qrupun fəaliyyətsiz fəaliyyəti on illərlə başlanğıc nöqtədən tərpənmədi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il sentyabrın 25-də BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışında Ermənistanın ədalətsiz, işğalçılıq müharibəsindən, danışıqlar baş tutmadığına görə Azərbaycanın ədalətli müharibəsindən danışdı, “Otuz ilə yaxın müddətdə davam edən səmərəsiz danışıqlardan sonra 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməyə məcbur oldu. Ermənistan müharibə zamanı şəhərlərimizə və kəndlərimizə ballistik raketlər atdı, onları kasetli mərmilərlə bombaladı, 100-dən çox günahsız mülki vətəndaşımızı qətlə yetirdi. Azərbaycan isə müharibəni beynəlxalq humanitar hüquqa tam riayət etməklə apardı. Biz mülki şəxslərin mühafizəsini təmin etdik, qeyri-hərbi infrastrukturu hədəfə almaqdan çəkindik. 44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimiz işğal altındakı əraziləri azad etdi, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdi”.
Azərbaycan Ordusunun tarixi Zəfəri regiona yeni düzən gətirdi. Bu düzən sülh müqaviləsi üçün zəruri siyasi şərait yaratdı. Belə bir şərait Azərbaycanla Ermənistanın sülh üçün ABŞ-da görüşünü gerçəkləşdirdi. Bu il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə ABŞ Prezidentinin, Azərbaycan Respublikasının Prezidentinin və Ermənistan Respublikasının Baş nazirinin iştirakı ilə görüş keçirildi, Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsinin mətnini parafladılar. Həmin gün Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın Baş naziri birgə Bəyanat imzaladılar. ABŞ Prezidenti Donald Tramp da buna şahid qismində imza atdı. Azərbaycan və Ermənistan artıq sülh prosesinə heç bir siyasi müdaxilə hüququ olmayan vaxtı ötmüş mexanizm kimi ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bu məqsədlə fəaliyyətinin tam dayandırılması üçün birgə müraciət ünvanladılar. Sentyabrın 1-də ATƏT bu strukturların birdəfəlik bağlanması barədə qərar qəbul etdi.
Çıxışında postmünaqişə dövründə Azərbaycanın qarşısında duran ən ağır humanitar problemlərdən birinin də Ermənistan işğalı dövründə yerləşdirilmiş minaların yaratdığı təhlükə olduğunu, 2020-ci ilin noyabrından bu günədək 400-dən çox azərbaycanlı mülki şəxsin və hərbçinin mina partlayışları nəticəsində həlak olduğunu və ya ağır yaralandığını, bu geniş mina təhdidinin köçkünlərin təhlükəsiz qayıdışına və bərpa layihələrinin həyata keçirilməsinə əngəl törətdiyini bildirən dövlət başçımız Şərq-Qərb və Şimal-Cənub dəhlizləri kimi bağlantı layihələrinin ölkəmizdən keçdiyini də nəzərə çatdırdı: “2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımalarda təqribən 90 faiz artımın şahidi olmuşuq. Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb. Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşaqlarından birinə çevirib”.
Yaşıl keçidə ciddi şəkildə sadiq qalmaqla yanaşı, qarşıya real olmayan hədəflər qoyulmayacağını, ölkəmizdə yoxsulluğun və işsizliyin 5 faizə endirildiyini, Azərbaycanın qlobal səviyyədə humanitar yardım səyləri ilə qürur duyduğunu da diqqətə çatdıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında dedi ki, “Bizim baxışlarımız aydındır. Bunlar beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlıqdır. Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq”...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il sentyabrın 25-də BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı Azərbaycan gerçəkliklərinin dünya ictimaiyyətinə, dünya dövlətlərinə çatdırılması baxımından, Azərbaycanın dünyəvi proseslərə münasibəti baxımından, Azərnaycanın sülh niyyətli dövlət olduğunu bir daha bəyan etmə baxımından maraqla dinlənildi, belə də tarixləşdi...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-09-2025
12:59 27 Sentyabr – Anım Günü