YAP Qusar rayon təşkilatlnda Anım Günü münasibətilə tədbir keçirilib -Fotolar
Tarix: 25-09-2025 | Saat: 20:19
Bölmə:Siyasət | çapa göndər

27 sentyabr Anım Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatının qərargahında tədbir keçirilib.Tədbir Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini yad etməklə başladı.Giriş sözü ilə rayon təşkilatının sədri David İbramxəlilov çıxış edərək ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışımış, Vətəni canı bahasına qoruyaraq uca zirvəyə yüksələn Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin daim qəlblərdə yaşayacağını vurğulamışdır.Birinci Qarabağ müharibəsinin veteranları, Qusar bələdiyyəsinin sədri, ehtiyatda olan polis polkovniki Talim Yarmətov və Qusar Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru, Prezident təqaüdçüsü İmran Qurbanov müharibədəki çətinliklərdən, düşmənlə mübarizədə hərbiçilərimizin qəhrəmanlığından söz açmışdır.
Tədbirdə çıxış edən Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Qusar filialının sədri Canəli Hörmətov, Vətən müharibəsi qazisi İlkin Abuyev, partiyanın gənc fəalı Lalə İskəndərova vuruğlayıb ki,Anım günü təkcə şəhidlərin xatirəsinin ehtiramla yad edilməsi deyil,həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi,milli birliyimizin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-09-2025