Mobil versiya
Tramp: Biz Vaşinqtonda qətl törədənlərə ölüm cəzası istəyəcəyik
Tarix: 26-08-2025 | Saat: 23:10
Bölmə:Özəl | çapa göndər

Tramp: Biz Vaşinqtonda qətl törədənlərə ölüm cəzası istəyəcəyik
ABŞ prezidenti Tramp Ağ Evdə Nazirlər Kabinetinin iclasında Vaşinqtonun təhlükəsizliyi ilə bağlı açıqlamalar verib.
Tramp aldıqları əlavə tədbirlərlə Vaşinqtonda cinayət nisbətini əhəmiyyətli dərəcədə azaltdıqlarını və bununla fəxr etdiklərini bildirib. O, qeyd edib ki, son iki həftə ərzində paytaxtda heç bir qətl hadisəsi baş verməyib.

Tramp, “Vaşinqtonda kimsə kimisə öldürsə, biz ölüm hökmü tələb edəcəyik” dedi.

Bu cür qaydaların ABŞ-da ştatların ixtiyarına buraxıldığını xatırladan Tramp, bu qaydaların paytaxt üçün necə tətbiq oluna biləcəyini araşdıracaqlarını bildirib.

"Mən diktator deyiləm"

Digər tərəfdən, Tramp “Mən diktator deyiləm, sadəcə olaraq cinayətin qarşısını necə alacağımı bilirəm” deyərək ölkə miqyasında cinayətlə mübarizə üçün daha sərt tədbirlər görəcəklərini vurğuladı.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-08-2025