Mobil versiya
Dövlət Komitəsinin “qaynar xətt”inə 6 minə yaxın müraciət daxil olub
Tarix: 25-08-2025 | Saat: 14:18
Bölmə:Gündəm | çapa göndər

Dövlət Komitəsinin “qaynar xətt”inə 6 minə yaxın müraciət daxil olub

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin işğaldan azad olunmuş ərazilərə geri qayıdan əhaliyə dəstək məqsədilə yaradılmış “1657” qısa nömrəli “qaynar xətt” xidmətinə iyul ayı ərzində 5842 müraciət daxil olub.

aia.az xəbər verir ki, xidmətin iki əsas istiqaməti işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı 2975, Dövlət Komitəsinin digər fəaliyyət istiqamətləri ilə bağlı isə 2867 məlumat və müraciət daxil olub.

Birinci istiqamət üzrə daxil olan müraciətlərdən 13-ü işğaldan azad olunmuş ərazilərə qayıtmış şəxslər tərəfindən edilib. Həmin müraciətlər araşdırılaraq problemlərin aradan qaldırılması üçün tədbirlər görülüb.

Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində işğaldan azad edilmiş ərazilərə geri qayıdan əhaliyə dəstək məqsədilə xüsusi qaynar xətt xidməti yaradılıb.

Qeyd edək ki, vətəndaşların "1657" nömrəsinə edilən zənglərinə avtomatlaşdırılmış qaydada cavab verilir: işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı məlumat və müraciətlər üçün 1 düyməsini, Dövlət Komitəsinin digər fəaliyyət istiqamətləri ilə bağlı məlumat və müraciətlər üçün 2 düyməsini seçmək tövsiyə olunur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-08-2025