Mobil versiya
Livanın cənubunda İsrail pilotsuz təyyarəsi avtomobilə hücum edib
Tarix: 08-08-2025 | Saat: 21:31
Bölmə:Özəl | çapa göndər

Livanın cənubunda İsrail pilotsuz təyyarəsi avtomobilə hücum edib
İsrail ordusuna məxsus pilotsuz təyyarənin Livanın cənubundakı Nəbatiyyə şəhərində avtomobilə hücumu nəticəsində bir nəfər həlak olub.
Livan Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, İsrail ordusu Nəbatiyyənin Zehrani rayonunda bir avtomobilə hava hücumu təşkil edib.

Hücum zamanı ölən şəxsin cəsədi yerli xəstəxanaya çatdırılıb.

Livanın rəsmi xəbər agentliyi NNA-da yer alan xəbərdə İsrail pilotsuz təyyarələrinin hədəf alınan bölgədə alçaq hündürlükdə uçuşlarını davam etdirdiyi bildirilib.

NNA-nın başqa bir xəbərində, Zehrani rayonundakı hücumda ölən şəxsin "Havana Lebanon" xəbər saytının müxbiri, jurnalist Məhəmməd Şahada olduğu bildirilib.

İsrail Ordusunun sözçüsü Aviçay Adraee X hesabında verdiyi açıqlamada İsrail ordusunun Livanın cənubuna hava hücumu təşkil etdiyini bildirib.

Adraee, hücumda öldürülən Məhəmməd Şahadanın Hizbullahın Ridvan Gücündə kəşfiyyatçı kimi çalışdığını iddia edib.

Adraee, Şahadanın Ridvan Qüvvələrinin hərbi potensialını və əməliyyat hazırlığını artırmağa çalışdığını iddia edərək, bunun İsrail və Livan arasında atəşkəsin açıq şəkildə pozulması olduğunu iddia etdi.

İsrail ordusu dünən Livanın şərqindəki Baalbek şəhərinə endirdiyi hava zərbələri nəticəsində 6 nəfəri öldürüb.

İsrail və Livan arasında 27 noyabr 2024-cü ildə qüvvəyə minmiş atəşkəsə baxmayaraq, İsrail ordusu Livanın cənubuna demək olar ki, hər gün havadan və qurudan hücumlar həyata keçirməyə davam edir.

Atəşkəs qüvvəyə minəndən bəri İsrail ordusu Livanda 4300-dən çox pozuntu törədib, nəticədə ən azı 245 nəfər ölüb, 513 nəfər yaralanıb.

İsrail ordusu Livanın cənubundan qismən geri çəkilsə də, son toqquşmalarda ələ keçirdiyi beş strateji təpənin işğalını davam etdirir.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə