Mobil versiya
İsrail döyüş təyyarələri Livanın bir sıra bölgələrinə intensiv hava zərbələri endirib
Tarix: 31-07-2025 | Saat: 21:49
Bölmə:Özəl | çapa göndər

İsrail döyüş təyyarələri Livanın bir sıra bölgələrinə intensiv hava zərbələri endirib

İsrail döyüş təyyarələri Livanın şərqi və cənubunda müxtəlif əraziləri ağır şəkildə bombalayıb.

Livanın rəsmi xəbər agentliyi NNA-nın verdiyi məlumata görə, İsrail ordusu hava hücumları ilə Livanın müxtəlif bölgələrini hədəf alıb.


İsrail ordusu Livanın şərqindəki Bekaa bölgəsində yerləşən Baalbek şəhərinin bir neçə bölgəsinə 7 hava zərbəsi endirib.


İsrail döyüş təyyarələri Bekaa bölgəsindəki Birital təpələrini, Ayşiyyə, Nəsiriyyə, əl-Hüreybə və Zahle qəsəbələrini, Şəra bölgəsini, əl-Carmak ətrafını, eləcə də ölkənin cənubundakı əl-Mahmudiyya və əl-Hərdali bölgələrini bombalayıb.

Hücumlar nəticəsində tələfat və dağıntılar barədə hələlik məlumat verilmir.

İsrail və Livan arasında 27 noyabr 2024-cü ildə qüvvəyə minən atəşkəsə baxmayaraq, İsrail ordusu Livanın cənubuna demək olar ki, hər gün havadan və qurudan hücumlara davam edir.

Atəşkəs qüvvəyə minəndən bəri İsrail 3000-ə yaxın pozuntuya yol verib, nəticədə ən azı 213 nəfər ölüb, 508 nəfər yaralanıb.

İsrail ordusu Livanın cənubundan qismən geri çəkilsə də, son toqquşmalarda ələ keçirdiyi beş strateji təpəni işğal etməkdə davam edir.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-08-2025