Fridrix Merzin yeni antirekordu
Tarix: 22-07-2025 | Saat: 21:01
Bölmə:Özəl | çapa göndər

Forsa İnstitutunun keçirdiyi sorğuda iştirak edən almanların 60%-dən çoxu Almaniya kansleri Fridrix Merzin işindən narazıdır. Sorğunun nəticələrinə görə, sorğuda iştirak edən 2003 vətəndaşın yalnız 32%-i Merzin işindən razıdır.
"Kanslerin işindən narazılıq əvvəlki həftə ilə müqayisədə 4 bənd artıb və 64% təşkil edir. Bu, onun vəzifəyə gəldiyi vaxtdan bəri yeni maksimum rəqəmdir", - tədqiqatçılar qeyd ediblər.
Ekspertlər izah ediblər ki, bu rəqəm siyasətçinin kansler kimi fəaliyyətə başlamasından bəri əsl antirekorddur. Onlar əlavə ediblər ki, Almaniyanın şərqində rəqəmlər daha pisdir - respondentlərin 74%-i öz narazılığını bildirib.
Xatırladaq ki, Merz daim müxtəlif qalmaqallarda iştirak edir. Məsələn, o, narkotik istifadəsi üçün istifadə edilən qaşıqla görüntülənib və qəbulda üzərində Almaniyanın təsviri olan tortu yerə atıb.
Bundan əlavə, o, hətta qalmaqalla kansler oldu - mayın 6-da səhər saatlarında Bundestaqın iclasında Merzin namizədliyini tələb olunan 316 deyil, cəmi 310 deputat dəstəklədi. İkinci cəhddə o, hələ də seçildi (316 deputat tələb olunmaqla 325 deputat).
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-07-2025