Mobil versiya
İsrail Baş Qərargah rəisi Suriyanı zəiflətməyə davam edəcəklərini bildirib
Tarix: 22-07-2025 | Saat: 14:45
Bölmə:Özəl | çapa göndər

İsrail Baş Qərargah rəisi Suriyanı zəiflətməyə davam edəcəklərini bildirib
İsrail Baş Qərargah rəisi Eyal Zamir, Suriyanın strateji imkanlar qazanmasının qarşısını almağa və zəiflətməyə davam edəcəklərini və ölkədə hərəkət azadlığını qoruyacaqlarını təsdiqlədi.
İsrail ordusundan verilən açıqlamaya görə, Zamir ordunun yüksək rütbəli komandirləri ilə təxminən iki il ərzində ilk dəfə çox sahəli vəziyyətin qiymətləndirilməsini həyata keçirib.

Toplantıda İsrail sərhədlərindən başlayaraq bütün Yaxın Şərq üçün “kəşfiyyat, əməliyyatlar və strategiya” mənzərəsi müzakirə edilib və müvafiq təhlillər təqdim edilib.


Baş Qərargah rəisi Zamir ordunun genişmiqyaslı və hərtərəfli hücuma hazır olmasının vacibliyini vurğulayıb.

Suriya və Livandakı Hizbullahın strateji imkanlar qazanmasının qarşısını almağa və zəiflətməyə və ölkədə hərəkət azadlığını qorumağa davam edəcəklərini vurğulayan Zamir, "Hava üstünlüyümizi qoruyub saxlamağa və kəşfiyyat işimizi irəlilətməyə davam edəcəyik" dedi.

"Qəzza zolağındakı müharibə İsrail ordusunun indiyə qədər üzləşdiyi ən mürəkkəb döyüşlərdən biridir" deyən Zamir, "Biz bu müharibədə ağır bədəl ödəyirik" dedi.

İran məsələsinə toxunan Zamir, "İran və müttəfiqləri hələ də hədəfimizdir. İrana qarşı müharibə hələ bitməyib" deyib.

Zamir həmçinin qeyd edib ki, İsrailin işğal altındakı İordan çayının qərb sahilinə hücumları davam edir.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-07-2025