Mobil versiya
Bu media subyektləri 5000 manatadək cərimələnəcək
Tarix: 14-07-2025 | Saat: 12:19
Bölmə:Manşet / Media | çapa göndər

Bu media subyektləri 5000 manatadək cərimələnəcək

Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektləri 5000 manatadək cərimələnəcək.

aia.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 381.15-ci maddəsində əksini tapıb.

Layihəyə əsasən, Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektinin çap mediası məhsulunun, həmin subyekt, nəşriyyat (naşir) və ya yayıcı tərəfindən nəşri və ya yayımına görə fiziki şəxslər 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər 3000 manatdan 5000 manatadək cərimə ediləcək.

Bu Məcəllənin yuxarıdakı maddəsində yayıcı dedikdə nəşriyyatla və ya (naşirlə) müqavilə bağlayan, yaxud digər qanuni əsaslarla nəşriyyat məhsullarının yayılmasını və satışını həyata keçirən fiziki və hüquqi şəxs başa düşülür.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq III oxunuşda təsdiq edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-07-2025