Azərbaycanın Energetika sisteminin əhəmiyyəti
Tarix: 02-07-2025 | Saat: 10:00
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Mingəçevir şəhərində “8 Noyabr” Elektrik Stansiyasının açılışını etmişdir. Bu gün dünyada gedən proseslər ölkəmizin dayanıqlı enerji təhlükəsizliyinin təmin edilməsini labüd edir. Bu baxımdan ölkə başçısının diqqət və qayğısı, birbaşa nəzarəti energetika sahəsinin yüksək səviyyədə inkişaf etməsinə səbəb olmuşdur. İllər əvvəl, yəni 1970-ci illərdə Azərbaycanın Elektrik enerjisi təchizatının yaradılmasının birbaşa təşəbbüskarı və yaradıcısı Ulu Öndər Heydər Əliyev olmuşdur. Hələ o dövrlərdə Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Mingəçevirdə tikilmiş “Azərbaycan” İstilik Elektrik Stansiyası Qafqazın önəmli energetika mərkəzinə çevrilmişdir. Ölkə başçısı bu barədə öz çıxışında bildirmişdir:” Mingəçevirin tarixi energetika mərkəzi kimi zəngindir və burada formalaşmış güclü kadr potensialı, əlbəttə ki, bu gün də bizə əldə edilmiş uğurlara nail olmaq üçün imkan yaradır.
Xüsusilə bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi və nəzarəti sayəsində ölkəmizin energetika sistemi yenidən qurulmuşdur. Belə ki, ölkəmizin müxtəlif bölgələrində yeni elektrik stansiyaları qurulmuşdur, eyni zamanda Mingəçevirdə yenidənqurma işləri görülmüşdür . Ölkə başçısının 24 iyun 2025-ci ildə Mingəçevirdə açılışını etdiyi ölkəmizin ən böyük “8 Noyabr” Elektrik Stansiyası bizim enerji potensialını daha da gücləndirmişdir. Eyni zamanda da enerji sisteminin səmərəliliyinin artmaqla yanaşı, Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da genişləndirir. Hörmətli Prezidentimizin vurğuladığı kimi, görülmüş bütün bu işlər bir daha Azərbaycanın doğru yolda olduğunu göstərir.
Azərbaycanın energetikasının əhəmiyyətini Azərbaycan Respublikasının Prezident İlham Əliyev 24 iyun 2025-ci ildə Mingəçevir şəhərində “8 Noyabr” Elektrik Stansiyasının açılışında öz çıxışında belə ifadə etmişdir : “Energetika hər bir ölkənin milli təhlükəsizlik məsələsidir. Bu gün dünyada, xüsusilə Avropa məkanında və digər bölgələrdə enerji xətlərinin təhlükə altında olmasının nə qədər böyük fəsadlara gətirib çıxardığını hər kəs öz gözləri ilə görə bilər. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır və təsadüfi deyil ki, Avropa İttifaqı tamamilə haqlı olaraq Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırır. Çünki bu gün Azərbaycan qazı 12 ölkəyə qaz kəmərləri vasitəsilə ixrac edilir. Onlardan 10-u Avropa ölkəsidir və məhz bu göstəriciyə görə, qaz təchizatımızın coğrafi əhatəsinə gorə, Azərbaycan bu gün dünya miqyasında qabaqcıl yerlərdədir. Əlbəttəki , bir çox ölkə Azərbaycan qazından istifadə etməklə öz enerji təhlükəsizliyini təmin edir. Biz həm təbii qaz, həm xam neft, neft-kimya məhsulları, həm də müəyyən həcmdə elektrik enerjisini ixrac edirik”.
Hər birimiz inanırıq ki, 8 Noyabrda qazandığımız tarixi zəfər kimi, bütün sahələrdə də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə bütün hədəflərimizə nail olacağıq.
Nizami Verdiyev
YAP Laçın rayon təşkilatının 50 saylı ƏPT-nin fəal üzvü
Laçın rayon Minkənd kənd tam orta məktəbinin tarix müəllimi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
02-07-2025