Zelenski Rusiyanın hücumu ilə bağlı cəsarətli açıqlama verib
Tarix: 30-06-2025 | Saat: 20:38
Bölmə:Özəl | çapa göndər

Vladimir Zelenski Rusiya qoşunlarının Sumı vilayətinə hücumu ilə bağlı açıqlama verib. Kiyev rejiminin başçısı bu barədə bazar ertəsi, iyunun 30-da hərbi və müdafiə naziri Rustem Umerovla görüşdən sonra danışıb.
Zelenskinin sözlərinə görə, Sumı istiqaməti ayrıca müzakirə olunub. O, həmçinin bildirib ki, bir həftə əvvəl Ukrayna Silahlı Qüvvələri üçün xüsusi tapşırıqlar və konkret xətlər müəyyən edilib.
"Bu gün müəyyən tapşırıqlar tam yerinə yetirilib. Bu vacibdir", - deyə Ukrayna lideri konkret nədən danışdığını dəqiqləşdirmədən əlavə edib.
Zelenskinin sözlərinə görə, Rusiyanın Sumı vilayətinə hücum planının həyata keçirilmədiyi iddia edilir.
Bundan əvvəl hərbi ekspert, xüsusi təyinatlıların keçmiş zabiti, ehtiyatda olan polkovnik Anatoli Matviyçuk MK-ya müsahibəsində Krasnoarmeysk (Pokrovsk) ərazisində Ukrayna Silahlı Qüvvələrinin məğlubiyyətini proqnozlaşdırmışdı. Analitikin fikrincə, Ukrayna Silahlı Qüvvələrinin Pokrovsk bölgəsindəki qruplaşması “çürük meyvə” kimi yaxın iki-üç həftə ərzində əlimizə keçə bilər.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-06-2025