Mobil versiya
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi -Foto
Tarix: 30-06-2025 | Saat: 15:39
Bölmə:İqtisadiyyat | çapa göndər

“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi

Veysəloğlu Şirkətlər Qrupunda (VŞQ) elan edilən “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının (AQİSA) İdarə Heyəti ilə dəyirmi masa formatında görüş keçirilib. Görüş zamanı mövcud vəziyyət və gələcək əməkdaşlıq imkanları və perspektivləri müzakirə olunub. Tədbirdə VŞQ-nin müxtəlif strukturlarını təmsil edən rəhbər şəxslər iştirak ediblər.

Müzakirələr zamanı əməkdaşlığın yalnız qida təhlükəsizliyi sahəsi ilə məhdudlaşmadığı xüsusi vurğulanıb. Qeyd olunub ki, gələcəkdə - vergi, gömrük və digər biznesi maraqlandıran sahələrdə qarşılıqlı fəaliyyət, müvafiq sahələrə nəzarət edən dövlət qurumları ilə əlaqələrin təkmilləşdirilməsi istiqamətində addımlar atılması nəzərdə tutulur.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 7 iyun tarixi “Ümumdünya Qida Təhlükəsizliyi Günü” kimi təsis edilib. Bu təşəbbüs qida təhlükəsizliyinin yalnız lokal deyil, eyni zamanda qlobal miqyasda prioritet məsələ olduğunu nümayiş etdirir və elmi-praktik yanaşmaların əhəmiyyətini bir daha ön plana çıxarır. Veysəloğlu Şirkətlər Qrupu bu qlobal çağırışa dəstək vermək və qida təhlükəsizliyi sahəsində ictimai maarifləndirməni gücləndirmək məqsədilə 2025-ci ilin iyun ayını şirkət daxilində “Qida Təhlükəsizliyi Ayı” kimi elan edib.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-06-2025