Mobil versiya
Azərbaycan- Mərakeş əməkdaşlığı genişlənir -Foto
Tarix: 30-06-2025 | Saat: 18:20
Bölmə:Parlament | çapa göndər

Azərbaycan- Mərakeş əməkdaşlığı genişlənir

İyunun 30-da Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının savadsızlığın aradan qaldırılması proqramlarının qiymətləndirilməsi üzrə tematik parlament qrupunun nümayəndə heyəti ilə görüşüblər.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov Azərbaycan və Mərakeş arasında uzun illərə söykənən dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayıb. Komitə sədri qeyd edib ki, Mərakeş Krallığı daim Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb və bu mövqeyi beynəlxalq müstəvidə də dəstəkləyib. Bu gün müxtəlif sahələrdə əlaqələrimizin dərinləşməsi üçün geniş imkanlar var.
Mərakeş Krallığı Nümayəndələr Palatasının tematik qrup sədrinin müavini Hasan Umribt iki ölkə arasındakı siyasi və humanitar əlaqələrin yüksək səviyyədə davam etdiyini qeyd edib. O, Mərakeşin təhsil sahəsində Azərbaycanın əldə etdiyi uğurlu təcrübədən faydalanmaq niyyətində olduğunu bildirib.
Söhbətdə Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri Mehriban Vəliyeva, Ceyhun Məmmədov, Şahin Seyidzadə, Mərakeş parlamentariləri Xadduj Slassi, El Ayaçi El Farfar, Yussef Çirri çıxış edərək təhsil sahəsində həyata keçirilən islahatlardan, təcrübə və informasiya mübadiləsinin əhəmiyyətindən, habelə bu sahədə gələcək əməkdaşlıq imkanlarından bəhs ediblər.
Görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, təhsildə birgə təşəbbüslərin həyata keçirilməsi, həmçinin bu sahədə qarşılıqlı təcrübə və məlumat mübadiləsinin əhəmiyyətindən bəhs edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-06-2025