Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu
Tarix: 24-06-2025 | Saat: 10:12
Bölmə:Gündəm | çapa göndər

Bir müddət əvvəl Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyevin təşəbbüsü ilə Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin IX sinif şagirdi Fərid Nəzərli BSU-da keçirilən elmi seminarda iştirak etməsi sosial şəbəkələrdə və elektron mediada kəskin tənqid olunmuş,“Rektor şagirdin arzusunu reallaşdırdı” başlıqlı məqalələr tirajlanmışdı.
Baş verənlərlə bağlı yenixeber.org-un elektron poçtuna daxil olmuş məktub əsasına hazırlanmış "BSU-nun rektoru Anar Nağıyev "İTTİHAM YAĞIŞI": “koşelyok” prorektor, arxivə gedən universitet və s." başlıqlı məqalədə isə Universitetin işçiləri haqlı suallar qoymuşlar. Görəsən rektor heç bir dəfə olsun rəhbərlik etdiyi universitetin nəinki tələbəsinin, həmçinin əməkdaşlarının arzusunu reallaşdırmaq istiqamətində hər-hansı bir addım atıbmı?
Xatırladaq ki, sözügedən məqalədə daha sonra qeyd edilirdi ki, o, (BSU-nun rektoru Anar Nağıyev-red.) yalnız BSU-da (bakalavr diplomu belə etibarsız olan) bir zamanlar resepşn, hazırda isə maliyyə -təsərrüfat işləri üzrə prorektor Elçin Hüseynovun arzularını reallaşdırmaqla məşğuldur(?)
Universitetin digər prorektorlarının xidməti avtomobili olmadığı halda heç bir universitetdə struktur vəzifə kimi mövcud olmayan, “rektorun yoxdan konfet düzəltdiyi” “koşelyok” prorektoruna universitet büdcəsi hesabına xidməti sport avtomobil alması da diqqətlərdən yayınmır!
Elçin Hüseynov
Maraqlıdır ki, universitetin tələbələri hələ də Axundovun dövründən qalma yamaqlı partalarda əyləşərək tədrisə cəlb olunur. Digər tərəfdən də büdcə pulları rektorun reklamlarına, otağındakı şəraitə və bu “resepşn”a xərclənir. Bu “resepşn”rəhbər qarşısında hər nə qədər məsum görünsə belə, digər tərəfdən əməllərindən geri qalmır. Əməkdaşlarla nəinki münasibət qurmaq, heç üzlərinə də baxmır.
Əməkdaşlar bildirir ki, 4 il ərzində BSU rektorunun fəaliyyətinə nəzər saldıqda Slavyan ölkələrinə aid bir dənə də olsun tədbir keçirilmədiyinin şahidi olarıq. Pul silmək xatirinə formal tədbirlər keçirməklə deyil -ANAR MÜƏLLİM,
BSU-nun gözü tərəzidir.
HƏR ŞEYDƏN MƏLUMATIMIZ VAR!
Belə mənasız xərclərdənsə arada bir baku.tv-nin də işıqlandırdığı yataqxanadakı vəziyyəti düzəldin. Qeyd edək ki, bir müddət əvvəl BSU-nun binalarının təmirinə 1.8 milyon vəsait ayrıldığı bildirilmişdir. Amma və lakin universitetin əsas korpusunun təmirə ehtiyacı yoxdur. Puldan başınızı qaldırıb, arada bir tələbələrin problemlərinə də vaxt ayırın.
Tələbələr bildirir ki, universitetdə tələbə həyatı qurulmayıb, onlar asudə vaxtlarının səmərəli təşkil olunmadığından, dərsdənkənar heç bir fəaliyyətin olmadığından şikayət edirlər və bu şikayətlər hərgün daha da artır.
Universitetin keçmiş əməkdaşı bildirir ki, Ötən gün RUR reytinglərində BSU-nun dünya üzrə 1098, ölkə üzrə 6-cı sırada yer alması ilə bağlı reklam xarakterli xəbərlər yaydırırsız. Bu uğur deyil! Bu biabrçılıqdır!
Ümumi olaraq qeyd edək ki, Anar Nağıyev BSU-ya rəhbər təyin olunduqdan sonra universitet hər gün tarixin arxivinə qovuşmağa doğru gedir. Hansı uğurdan danışırsız ki, hələ də pul qarşılığında vəzifələrə təyinat var, hələ də bəzilərini işdən çıxarmaq üçün məcburi ərizələr yazdırırsız.
Özü dediyi kimi, müəyyən maraqlar müqabilində vəzifəyə təyin etdiyiniz «оддел кадры» Fidan Piriyeva əməkdaşlarla təhqiramiz ifadələrlə danışır. Nəinki əmək məcəlləsi, hətta əmək etikasından bu adamın xəbəri yoxdur! Söz dedikdə isə “ mən əmrləri Elçin müəllimdən alıram, rektordan yox. Gələcəkdə birdə gördüz Elçin rektor oldu” - deyə cavablar verir.
Budurmu uğur?
Hansı uğurdan söhbət gedə bilər ki, hələ ölkə rəhbərləri bu formada qarşılanmadığı halda rektoru 6 adam qarşılayır. Rektoru- maliyyə prorektoru E. Hüseynov küçədə, çantasını isə şöbə müdirləri…. Bu azmış kimi rektor işə gələndə işçiləri koridordan təmizləyir, müəllimləri isə liftdə 2-ci mərtəbəyə doğru hərəkət etməyə icazə vermirlər.
Rektor universitetin büdcəsi ilə özü üçün 3 sürücü işlədir.
Beləliklə BSU- da hələ də SSRİ dövründən qalma diktatura rejimi saxlanılıb. Yəni Slavyan ölkələri spesifikasına uyğun olaraq yalnız anarxist rejim tüğyan edir, amma mövcud elm, tədris və beynəlxalq istiqamətlər üzrə 1 dəfə də olsun tədbir keçirilməyib.
BSU-da vəzifə tutmuş sabiq şəxslər bildirir ki, "böyük miqdarda maraqlar" müqabilində vəzifəyə təyin edilən Fikrət Cahangirovu hamı tanıyır. ADU-dakı “fəaliyyəti” hələ unudulmaylb. Bunu ADU-da hər kəs yaxşı bilir. Fəaliyyətini BSU-da uğurla davam etmək niyyətindədir. İmtahanları mərkəzləşdirirək, akt zalına keçirməyiniz şəffaflığa yox, yeni korrupsiya yuvası yaratmağınıza hesablanıb…
Bunu da bilirik!
Sonda qeyd etmək istəyirik ki, ölkə elminin qaymaqları bu universitetdə cəmləşib, onları da buradan bezdirib qaçırtmayın! Daha hər kəs bezib! Diplomsuz, təhsilsiz şəxsləri vəzifələrə təyin edərək, söz sahibi etməyi dayandırın!
Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış universitetin səviyyəsini bu qədər aşağı salmayın! Əməkdaşlar bildirir ki,“Rəsmi olaraq bu il BSU-nun 25 illiyi qeyd olunacaq. Amma işçilər arasında belə bir zarafat dolaşır: ‘Son 5 ildə universitet fəaliyyətsiz olduğuna görə biz sadəcə 20 illiyi qeyd edəcəyik’.”- deyə bildirirlər.
Qeyd edək ki, universitetin bir qrup müəllimi, əməkdaşı bir sıra problemlərinin həll edilmədiyinə və mövcud vəziyyətin nə vaxtsa Azərbaycan Respublikasının 1-ci vitse prezidenti Mehriban Xanım Əliyeva tərəfindən nəzarətə götürüləcəyinə və bütün baş verənlərin onun nəzərinə çatdırılacağına inanırlar.
Göründüyü kimi Universitetin əməkdaşları son 4 il ərzində BSU rektorunun fəaliyyətinə nəzər saldıqda Slavyan ölkələrinə aid bir dənə də olsun tədbir keçirilmədiyinin şahidi olduqlarını bildirirlər.
Amma Mediatv.az-in araşdırdığına görə Universitet otən il "Admedia.az" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 2024-cü il ərzində keçiriləcək tədbirlər ilə bağlı müxtəlif xidmətlərin satın alınmasına dair 516.143,8 manat məbləğində müqavilə bağlayıb. Bu tədbirlər çərçivəsində bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulub. Müqavilə 30.07.2024-cü ildə bağlanıb. Maraqlıdır, 2024-cü ilin iyun ayından, tələbələr imtahanlarını verib tətilə getdikdən sonrakı 5 ay ərzində Bakı Slavyan Universiteti nə kimi tədbirlər keçirib? Universitetin əməkdaşlarının iddialarına görə heç bir.
Amma bizim əldə etdiyimiz məlumata görə tədbirlərin keçirilməsi ilə bağlı ayrılmış vəsaitlə rektor Anar Nağıyev və yaxın ətrafı bir ay Avropa ölkələrində ürəkləri istədiyi kimi istirahət ediblər. Bu günlərdə isə rektor BSU-da keçirilmiş məzun günündə müğənnilərin birinə 5 min, bir xanım müğənniyə isə 2 min manat ödəniş etdirib. Amma Qurban bayramında ehtiyacı olan Universitetin əməkdaşlarına bir kq ət pulu verilməyib.
Mediatv.az
P.S. Bizə verilən məlumatlara görə rektor Anar Nağıyev Universitetlə bağlı yayılmış məqalədən sonra əlaltılarına göstəriş verərək bütün işçilərin kompütürlərini, e-mail adreslərini bir bir yoxlatdırıb, bu faktların hansı əməkdaş tərəfindən mediaya ötürüldüyünü öyrənməyə çalışıb. Məsləhət görərdik ki, bu yazıdan sonra işçilərin kompüterlərini bir daha yoxlamasınlar. Çünki bu məlumatları BSU-da hamı bilir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər